12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İran nüvə silahına sahib olmaq üzrədir
Tarix: 16-11-2023 14:07 | Bölmə: Slayd
İran nüvə silahına sahib olmaq üzrədir

İran zənginləşdirilmiş uran ehtiyatlarını 60 faizə çatdırıb. Sentyabrın 5-də verilən son hesabatdan sonra bu həcm 6,7 kq artaraq 128,3 kq-a çatıb.

Reyting.az
“Röyter” agentliyinə istinadla bildirir ki, İran uran zənginləşdirməsini çox yüksək səviyyədə davam etdirir.

Məlumata görə, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq etməməsi həm agentliyi, həm də rəsmi Tehranı dəfələrlə kursunu dəyişməyə çağıran Qərb dövlətlərinə problem yaradır.

Qeyd edildiyi kimi, İran nüvə silahı istehsalına can atdığını inkar etsə də, daha çox nüvə bombası yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, İran üç atom bombası üçün kifayət qədər silah dərəcəli urana sahibdir. Diplomatların fikrincə, bu, ABŞ-la dolayısı danışıqların nəticəsidir.

ABŞ və Avropa müttəfiqləri daha əvvəl İranı məcburi qüvvəyə malik başqa bir qətnamə qəbul etməklə hədələsələr də, diplomatlar bu dəfə bunun baş verməyəcəyini deyirlər. Səbəblər arasında İranla diplomatik eskalasiyadan qaçmaq və diqqətin İsrailin Qəzzada HƏMAS ilə münaqişəsinə yönəlməsi göstərilir.

Xartırladaq ki, Pentaqon daha əvvəl “İran təxminən 12 gün ərzində bir nüvə bombası üçün kifayət qədər parçalanan material istehsal edə bilər”,- bəyanatını səsləndirib. Bu ilin fevralında “Bloomberg” İranın nüvə bombası yaratmağa daha yaxın olduğuna dair xəbərdarlıq edib. Bununla belə, artıq mart ayında İran nüvə proqramı ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq edəcəyinə söz verib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər