12:36 / 14-06-2025
Sabah yağış yağacaq
“Sülh keçidi” layihəsi: Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqəni təmin etməyə hazırdır
Tarix: 18-11-2023 14:22 | Bölmə: Slayd
“Sülh keçidi” layihəsi: Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqəni təmin etməyə hazırdır

Ermənistan hökuməti “Dünyanın kəsişməsi” layihəsi ilə bağlı videoçarx təqdim edib. Hökumət “Sülh keçidi” layihəsini sülh gündəliyinin mühüm hissəsi kimi hazırlayıb.

Reyting.az
xəbər verir ki, regionda o qədər də müsbət qarşılanmayan layihənin əsas məqsədi Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında avtomobil və dəmir yollarının, boru kəmərlərinin, kabellərin və elektrik xətlərinin təmiri, tikintisi və istismarı vasitəsilə kommunikasiyaların inkişafıdır.

“Dünyanın kəsişməsi” layihəsi yeni infrastrukturun yaradılmasını və ya mövcud infrastrukturun miqyasının və keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur.

Bildirilir ki, Ermənistan Ermənistan-Azərbaycan sərhədində yol infrastrukturu üçün beş nəzarət-buraxılış məntəqəsi, o cümlədən Kayan, Sotk, Karahunc, Anqekakot və Yerasx, eləcə də yol infrastrukturu üçün Axurik və Marqarada iki nəzarət-buraxılış məntəqəsi yaratmağa hazırdır.

Ermənistan Ermənistan Respublikası ərazisində dəmir yolunun dörd hissəsini bərpa etməklə Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin etməyə hazırdır.

Layihədə qeyd olunur ki, Ermənistan Nrnadzor-Aqarak dəmir yolunun hissəsini bərpa etməyə və sərhədlərə yaxın sərhəd-keçid məntəqələri yaratmağa, dəmir yolunun Yeraşxdan Naxçıvanla sərhədə qədər olan hissəsini bərpa etməyə və Yeraşxda nəzarət-buraxılış məntəqəsi yaratmağa, dəmir yolunun köhnəlmiş hissələrini Gümrü ilə sərhədə qədər bərpasını istəyir:

“Ermənistan, eyni zamanda Türkiyə və Ahurikdə bir keçid məntəqəsinin yaradılması, Kayanda nəzarət-buraxılış məntəqəsi qurmağa hazırdır. Bu, regionun bütün ölkələri arasında yeni əlaqələr yaradacaq”.

Baş nazir Nikol Paşinyanın əvvəllər Tbilisidə keçirilən beynəlxalq “İpək Yolu” konfransında bəyan etdiyi kimi, Ermənistanın cənubundan və şimalından keçən dəmir yolları otuz ildir regional səviyyədə fəaliyyət göstərmir, şərqlə qərbi birləşdirən bir çox magistral yollar da işlənməyib və Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən bu yollarda hərəkətin bərpası həm dəmir yolu, həm də avtomobil yolu ilə effektiv marşruta çevriləcək.

“Eyni şəkildə, bu dəmir yolu və avtomobil kommunikasiyaları Fars körfəzini Qara dənizlə, o cümlədən Gürcüstan limanları ilə birləşdirmək üçün effektiv vasitə ola bilər. Bu proqram regionumuzun bütün ölkələrinə böyük fayda verəcək və mən hökumətlərin və özəl investorların diqqətini bu fürsətə cəlb etmək istəyirəm”,- deyə Paşinyan əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər