12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ərdoğanın uğurlu oyunu - Dünya mətbuatı prezidentin Almaniya səfərindən nə yazır?
Tarix: 18-11-2023 15:59 | Bölmə: Slayd
Ərdoğanın uğurlu oyunu - Dünya mətbuatı prezidentin Almaniya səfərindən nə yazır?

Dünən Almaniyaya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Olaf Şoltsla görüşü və müzakirələri ABŞ, İngiltərə, Yunanıstan və Yaxın Şərq mətbuatında gündəm olub.

Reyting.az
-ın məlumatına görə, İsrail ilə HƏMAS arasında yeni müharibə başlayanda demək olar ki, bütün Qərb ölkələri Tel-Əvivin tərəfinə keçib. Bunlardan biri də Avropanın ən güclü ölkələrindən sayılan Almaniyadır.

Ərdoğan və Şolts arasında dünən Berlində kritik görüş olub. Burada Almaniyanı tənqid edən Ərdoğan “Bizim İsrailə borcumuz yoxdur. Əgər borcumuz olsaydı, bu qədər sərbəst danışa bilməzdik. Borcu olanlar sərbəst danışa bilmirlər. Biz Holokostdan keçməmişik. Bizdə belə bir vəziyyət yoxdur”, - deyib.

Daha sonra Ərdoğan “Eurofighter” qırıcı təyyarələri ilə bağlı jurnalistlərin suallarına cavab verib:

“Almaniya bunları verəcək, ya verməyəcək… Dünyada döyüş təyyarəsi istehsal edən yeganə ölkə Almaniyadır? Başqa ölkələr də təyyarə istehsal edir”.



Yunanıstanın “To Vima” qəzeti “Ərdoğan arxayın idi” başlıqlı xəbərində Türkiyənin müharibədəki tələbinin atəşkəs olduğunu xatırladıb.

“Kathimerini” qəzeti iki liderin sözlərini “Yaxın Şərqdə Ərdoğan-Şolts mübahisəsi” başlığı altında verib. İki siyasətçi bölgədə “humanitar atəşkəsə” nail olmaq üçün əməkdaşlıq etmək istədiklərini vurğulasa da, Ərdoğan Şoltsdan fərqli olaraq qəti atəşkəsə çağırış edib.

Yaxın Şərqin ən böyük media qurumlarından olan “Əl-Cəzirə” yazır ki, “Qəzza müharibəsi ilə bağlı fikir ayrılıqları dərinləşib. Ərdoğan atəşkəsə çağırarkən, Şolts İsrailin müdafiə haqqını dəstəkləyir”.

“Əl-Cəzirə” bildirir ki, Almaniya və Türkiyə həm keçmişdə, həm də bu gün beynəlxalq arenada tez-tez birlikdə hərəkət edir və iki ölkə 2022-ci ildə 56 milyard dollarlıq ticarət həcminə nail olub.

Ərdoğanın mövqeyi Almaniyada Türkiyə liderini indiki zamanda qəbul etməyin doğru olub-olmadığı barədə suallara səbəb olub. Müxalifətin mühafizəkarları və hətta Şoltsun koalisiyasının üzvü olan liberal Azad Demokratik Partiyası (FDP) kansleri görüşü ləğv etməyə çağırıb.

“Bild” qəzetindəki təhlildə qeyd olunur ki, prezident Ərdoğan Almaniyaya qarşı “kök-çubuq-dovşan” oyunu oynayır və uğur qazanır.

Ərdoğanın Almaniya ilə diplomatik şəkildə “yüksək tel”lə danışdığını yazan “Bild” qəzeti Türkiyə prezidentinin İsrail-Qəzza müharibəsində vasitəçilik rolunu davam etdirmək istədiyini bildirib: o, artıq Ukrayna ilə Rusiya arasında vasitəçilik edib.



İsrailin “Times of Israel” onlayn qəzeti isə Ərdoğanı tənqid etməklə yanaşı Almaniyanın İsrailin “sadiq müttəfiqi” olduğunu xatırladıb.

“Jerusalem Post” qəzeti “Ərdoğan Almaniyanın Qəzzada İsrailə dəstəyini Holokostla əlaqələndirib” şərhini verib.

Britaniyanın BBC telekanalı isə “Berlin Ərdoğanın İsraili sərt tənqid etməsindən sonra əsəbi” olduğunu yazıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər