19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
13:07 / 10-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

Absurdustan - Hayastan fırtınada səmtini itirmiş qayığa bənzəyir
Tarix: 19-11-2023 10:47 | Bölmə: Slayd

Hər yerdən və hər tərəfdən ümidi kəsilməkdə olan İrəvan üz tutub imdad diləmək üçün yeni-yeni ünvanlar axtarışındadır. Ermənistan hakimiyyətinin BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciətinə məhz bu baxımdan yanaşmaq daha məntiqli olar. Fəqət onun planetin Ali femidası qarşısında Azərbaycana qarşı qaldırdığı 10 iddiasından 7-sinin rədd edilməsi həmin müraciətin yersizliyini, səmərəsizliyini deməyə əsas verir. Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü, amma BƏM-in 17 noyabr 2023-cü il tarixli qərarı ilə rədd edilən iddialarından biri Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı olub. Yəni rəsmi İrəvan Azərbaycanın suveren ərazisindən özünün dövlət atributu sayılan hüquq-mühafizə qurumlarını çıxarması kimi heç bir hüquqa və məntiqə sığmayan gülünc və absurd iddia da qaldırıbmış. Bu iddia təmin edilməsə də, Azərbaycanın Qarabağı tərk etmiş və geri qayıtmaq istəyən ermənilərə şərait yaratmaq öhdəliyi qəbul edilib. Məgər Bakı həm antiterror tədbirindən əvvəl, həm də onun gedişində ən yüksək səviyyədə bunu etməyə hazır olduğunu bildirməyib? Ermənistan hakimiyyətinin bunun üzərindən “Azərbaycan Qarabağ ermənilərinin geri qayıtmasını təmin etməlidir” iddiası hansı hüquqi müstəvidə və necə tövsif oluna bilər? Bu, hüquqi nonsens olmaqla yanaşı, sadəcə absurddur.

Qarabağın erməni əhalisi geri qayıtmaq niyyətində deyil, əslində, onların qayıtması heç İrəvanın özünə də sərf eləmir. İndi onların hamısına “qaçqın statusu” verən Ermənistan hökuməti məhz siyasi və iqtisadi maraqlarına görə bunu istəmir. Əsas məqsəd “Qarabağın erməni əhalisindən” Bakıya qarşı siyasi təzyiq aləti kimi istifadə etməkdir. Elə bunun da absurddan başqa adı yoxdur.
BƏM-in qərarında diqqəti cəlb edən maraqlı bir məqam da var: “Azərbaycan hökuməti Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir”.
Əvvəla, Qarabağın erməni əhalisinin şəxsiyyətini təsdiqləyən sənəd Ermənistan Respublikasının pasportu və Xankəndidəki keçmiş qondarma rejimin saxta “pasportları”dır. Bölgədən İrəvan ətrafına köçən ermənilər həmin sənədləri özləri ilə aparıblar. İndiki mövcud durumda Azərbaycan tərəfi həmin sənədləri harada və necə qoruyub saxlamalıdır və bunu praktiki olaraq hansı formada həyata keçirə bilər? Axı, bu, mümkün deyil. Bu da İrəvanın növbəti absurdudur.
O mülklərin sənədləri hardadır?
Məsələnin sırf hüquqi tərəfinə nəzər yetirsək, aydın olar ki, Azərbaycanın suveren ərazisində başqa ölkənin, yaxud hansısa qondarma rejimin “pasportlarının” şəxsiyyəti təsdiqləyən sənəd kimi mövcudluğu beynəlxalq hüquqla bir araya sığmır. Yəni, BAM-ın qərarındakı bu tələb sadəcə kağız üzərindəki “qeyddir”. Erməni əhalisinin xüsusi mülkiyyət sənədləri ilə bağlı məsələdə də xeyli suallar və müəmmalar özünü göstərir. Çünki İrəvanın “Qarabağın erməni əhalisi” dediyi toplumun böyük bir qismi işğal dövründə kənardan (Suriya, Livan, İran, Rusiya və s. -red.) Azərbaycan ərazisinə qanunsuz olaraq köçürülənlərdir. Bu “çağırılmamış qonaqların” bir çoxu doğma yurdundan qovulan soydaşlarımızın mülklərini ələ keçiriblər. Bəs onlara mülk sənədini – “kupçanı” hansı legitim idarə verib? Azərbaycanın aidiyyatı dövlət qurumlarının əlində belə faktlar yetərincədir.
Yuxarıda sadaladığımız fakt və arqumentləri diqqətlə nəzərdən keçiriləndə aydın olur ki, BAM-ın məlum qərarı hüquqi-əməli müstəviyə yeni nəsə əlavə etmək, yaxud nəyisə dəyişmək iqtidarında deyil. İntəhası, qərara əsasən Azərbaycan 8 həftə ərzində ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə BAM-a hesabat təqdim etməlidir. Çox güman ki, rəsmi Bakı həmin hesabata işğal dövründə bölgəyə qanunsuz köçürmələrlə yanaşı, bölgəni tərk edən “qaçqınların” böyük hissəsinin, ümumiyyətlə, Qarabağa aidiyyəti olmadığı faktlarını, o cümlədən, hayların mənimsədiyi mal-mülkün Azərbaycan vətəndaşlarına məxsusluğuna dair sənədləri də daxil edə bilər. Onda BƏM İrəvanın uğradığı hüquqi-siyasi absurdun daha bir variantı ilə üzləşməli olacaq.

Ermənistanın Ali femidadan törətdikləri hərbi cinayətlərə görə saxlanılan və barələrində cinayət işi qaldırılaraq ittiham irəli sürülən, separatçı rejimlə birbaşa əlaqəli şəxslərin azad edilməsi ilə bağlı daha bir absurd tələbi təmin edilməyib. O cümlədən, Azərbaycanın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya (CERD) öhdəliklərinin pozuntusu Məhkəmə tərəfindən təsdiqlənməyib və bununla bağlı Ermənistanın iddiası rədd edilib.
Qərarda yazılanları Bakı özü həyata keçirir
Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli müvəqqəti tədbirlər barədə qərarına münasibət bildirib. Mətbuat üçün məlumatda qeyd olunur ki, BƏM-in Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən, Ermənistanın Azərbaycanın Qarabağ üzərində uzun müddətdir qəbul edilmiş və beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbini rədd edən qərarını alqışlayırıq. “Həmçinin diqqətəlayiq haldır ki, Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini də rədd edib. Məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir”, - deyilən məlumatda Azərbaycanın heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmadığı, əksinə, regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, onların Ermənistana və digər ölkələrə köçmək qərarını müstəqil qəbul etdikləri nəzərə çatdırılır.
XİN-nin məlumatında daha sonra qeyd olunur ki, BƏM-in Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfərini asanlaşdırmaq və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığa dair tələbi ilə bağlı heç bir tədbir görməyi tələb etməməsi faktı Azərbaycanın bu sahədə göstərdiyi açıqlığın və əməkdaşlığın etirafıdır: “Bu, ölkəmizə qarşı irəli sürülən bütün ittihamları mahiyyətcə əsassız edir”.
Məlumatda, həmçinin Azərbaycanın milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq şəxsi mülkiyyəti, mədəniyyət abidələrini, artefaktları, habelə qeydiyyat sənədlərini qoruduğu vurğulanır. Beləliklə, Məhkəmənin bu sahələri qeyd etməsi eyni zamanda Azərbaycanın həyata keçirdiyi tədbirlərin təsdiqidir.
Azərbaycan XİN-nin açıqlamasında qətnamənin bu müddəası xüsusi olaraq vurğulanır: “Məhkəmə Ermənistanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvədə olan maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib. Azərbaycan Ermənistanın və bütün digər tərəflərin qanuni istintaq tədbirlərinə müdaxiləsini dayandıracağını gözləyir”.
Əsassız iddialar
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli müvəqqəti tədbirlər barədə qərarına ombudsman Səbinə Əliyeva da münasibət bildirib. Bununla bağlı Ombudsman Aparatının açıqlamasında deyilir: “BƏM “İrqi ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirlər barədə qərar Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını hüquqi müstəvidə bir daha təkzib etmiş oldu. Ölkəmizə qarşı müxtəlif platformalarda irəli sürülən ittihamyönümlü fikirlərin əksəriyyəti BƏM tərəfindən rədd edilməklə yanaşı, bu fikirlərin hər hansı faktoloji əsasının olmadığını bir daha təsdiqlədi”.
S. Əliyeva, həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən davamlı olaraq Qarabağın erməni əsilli sakinlərinin hüquqlarının təmini ilə əlaqədar beynəlxalq hüquqi öhdəliklərinə sadiqliyini bəyan edən çağırışlar edilir, həmin şəxslərin təhlükəsizliyinə və humanitar ehtiyaclarının qarşılanmasına təminat veriləcəyi yüksək səviyyədə bildirilir, erməni əsilli sakinlərin reinteqrasiyası istiqamətində əməli addımlar atılır.
* * *
Ermənistanın son vaxtlar Qərbdən və okeanın o tayından start fiti verilən anti-Azərbaycan kampaniyasında istifadə etdiyi vasitə və üsullara, heç bir məntiqə sığmayan siyasi avantüralara ötəri nəzər yetirmək kifayətdir ki, bu işlərə qol qoyanın dəqiq adını müəyyənləşdirəsən - Absurdustan!
Yazımızın əvvəlində dənizə çıxışı olmayan Ermənistanı yolunu azmış qayığa bənzətdiyimizə görə oxucu bizi qınamasın. Bu bənzətmə sanki Paşinyan iqtidarının boyuna biçilib. Çarəsizlik burulğanında çapalayan “Hayastan qayığı” qarşıda üzləşə biləcəyi daha betər fırtınalardan özünü qorumaq üçün yolu və hədəfləri tam aydın Azərbaycan adlı təhlükəsiz gəminin yedəyinə qoşulmaqdan savayı optimal qurtuluş variantı görünmür...
İmran BƏDİRXANLI (XQ)

Ekspertlər:
Fikrət SADIXOV, siyasi analitik:
Ondan başlayaq ki, erməniləri Qarabağdan heç kim qovmayıb. Onlar öz maşınlarında sərbəst, rahat şəraitdə bölgəni tərk ediblər. Yəni, rəsmi İrəvanın Qarabağ ermənilərinin guya departasiya olunması ilə bağlı iddiaları cəfəngiyyatdan başqa heç nə deyil.
Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələrə qarşı antiterror tədbirini həyata keçirəndə paralel olaraq müvafiq bəyanatlar da verirdi. Qarabağı tərk etməmələri ilə bağlı hətta bizim kütləvi informasiya vasitələrimiz erməni dilində müraciətlər səsləndirirdi. Azərbaycan hakimiyyətinin onların təhlükəsizliklərinə təminat verdiyi, normal yaşamalarına şəraitin yaradılacağı açıqlanırdı. İndi Ermənistan ən müxtəlif yollara əl atmaqla, o cümlədən məhkəmə vasitəsilə Azərbaycana siyasi təzyiq göstərməyə cəhdlər edir. Görünür, bu taktika Paşinyan iqtidarının yeni tapıntısıdır. Amma ortada konkret və mövcud reallıq var və bunu nəzərə almamaq mümkün deyil. Sadəcə olaraq, qərəzli və həqiqətə söykənməyən iddialar, təbii ki, Bakı tərəfindən rədd olunur. Eyni zamanda, Azərbaycanı hansısa milli ayrıseçkilikdə, departasiyada günahlandırmaq olduqca subyektiv və əsassız mövqeyin nümayişidir. Mənə elə gəlir ki, bunu Paşinyanın özü də çox yaxşı bilir. Amma görünür, vəziyyəti o dərəcədə çətinləşib ki, digər metod və vasitələrdən yararlanmaq imkanından məhrum olub.
Rasim MUSABƏYOV, Milli Məclisin deputatı, politoloq:
Hazırda ermənilər əlləri çatan hər yerə müraciət etməklə, yəni vurnuxmaqla məşğuldurlar. Əlbəttə ki, bunu çarəsizlikdən edirlər. Düzdür, məhkəmə siyasi deyil, hüquqi qurumdur. ABŞ senatı, konqresi, Avropa Şurası, Parlament Assambleyası kağız parçası olan bəyanatlarını səsləndirə bilərlər. Halbuki, heç birinin hüquqi qüvvəsi və nəticəsi yoxdur. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə gəldikdə isə demək lazımdır ki, orada bu məsələlərə ehtiyatla yanaşırlar. Belə ciddi yanaşmanın nəticəsidir ki, Ermənistanın on idiasından yeddisi rədd olunub. Düzgün qərardır, çünki ermənilərin istəkləri digər dövlətin suverenliyinə qarşı yönəlmişdi. Beynəlxalq Məhkəmənin çıxardığı qətnamədə yer alan məsələlər barədə onu deyək ki, Azərbaycan bu qərar olmadan da həmin məsələləri həyata keçirirdi. Sadəcə olaraq ermənilər bununla bağlı müraciət ediblər. Məhkəmə beynəlxalq hüquq çərçivəsində qorunmalı olan məsələləri təsdiqləyib.
Qarabağ ermənilərinin geri qayıtmaları, buradakı mülk və əmlaklarına sahib çıxmaları, digər hüquqları onsuz da Azərbaycan tərəfindən qorunurdu. Bu baxımdan Beynəlxalq Məhkəmə bizim boynumuza əlavə heç bir öhdəlik qoymur. Avropanın və ABŞ-ın siyasi qurumlarından fərqli olaraq, Beynəlxaq Məhkəmə özünün peşəkar səlahiyyətinə, beynəlxalq imicinə hörmətlə yanaşıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Bu gün, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
Dünən, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Dünən, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Dünən, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Dünən, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Dünən, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Dünən, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Dünən, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto