Ukraynada kritik sursat çatışmazlığı yaranıb
Tarix: 01-02-2024 00:10 | Bölmə: Slayd
Ukraynada kritik sursat çatışmazlığı yaranıb

Ukrayna Silahlı Qüvvələri artilleriya mərmilərinin kritik çatışmazlığı ilə üzləşib.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Ukraynanın müdafiə naziri Rüstem Umerovun məktubuna istinadla yazıb.

Məlumata görə, R. Umerovun müttəfiqlərə göndərilən məktubundan belə çıxır ki, Ukrayna Silahlı Qüvvələri döyüş əməliyyatlarında gündə 2 mindən çox mərmi istifadə etmir. Nazir xatırladıb ki, söhbət 1,5 min kilometrlik cəbhə xəttindən gedir.

Umerov silah qıtlığının getdikcə pisləşdiyinə diqqət çəkib. O, Qərb dövlətlərini Ukrayna Silahlı Qüvvələrini bir milyon mərmi ilə təmin etmək üçün daha çox səy göstərməyə çağırıb.

“Business Insider” isə yazır ki, Ukrayna qoşunları Rusiyanın artilleriya atəşinin hazırkı sürəti ilə ayaqlaşa bilmir və ciddi sursat çatışmazlığı yaranıb. Bəzi hesablamalara görə, hazırda Ukrayna gündə cəmi 2000 artilleriya mərmisi atır, Rusiyanın atışları isə 10.000-ə yaxınlaşır.

Bildirilir ki, Ukraynanın artilleriya döyüş sursatında say üstünlüyü yaranmasa gələcək hücumların perspektivləri daha pis olacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər