13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
Tarix: 16-09-2025 11:57 | Bölmə: Slayd
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər

Rumıniya Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılmasını dəstəkləməsə də, bu məsələyə yenidən baxıla bilər.

Reyting.az
xəbər verir ki, bunu Ruminiya prezidenti Nikuzor Dan deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı dövlət rəsmiləri, hərbi qulluqçular, xarici siyasət mütəxəssisləri ilə ilkin müzakirələr aparılıb.

“Hazırda yox. Amma hadisələrin necə inkişaf etməsindən asılı olaraq, bu barədə yenidən düşünə bilərik. Münaqişədə olmağın nə demək olduğu ilə bağlı beynəlxalq praktika var. Bəzi şərhlərə görə, bunu müəyyən şəkildə etmək münaqişəyə girmək deməkdir”, - prezident Ukrayna səmasında uçuşa qadağa haqqında danışarkən qeyd edib.

Xatırladaq ki, bir gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya NATO-nun Ukrayna üzərində uçuşa qadağa zonası yaratmasını müharibə elanı kimi qiymətləndirəcək.

“Kiyevin və digər axmaqların “Ukrayna” üzərində uçuşa qadağa zonası yaratmaq və NATO ölkələrinə pilotsuz təyyarələrimizi vurmaq icazəsi vermək kimi təxribatçı ideyasının həyata keçirilməsi yalnız bir şey deməkdir: NATO-nun Rusiya ilə müharibəsi”,- deyə rusiyalı siyasətçi bildirib.

Qeyd edək ki, Rusiya pilotsuz təyyarələri Polşaya hücum etdikdən sonra siyasətçilər və ekspertlər yenidən Ukrayna üzərində uçuşa qadağa zonası yaradılması məsələsini gündəmə gətiriblər. Polşanın Xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Qərb Ukrayna üzərində Rusiya raketlərini vurmağı düşünməlidir. O hesab edir ki, Polşa texniki cəhətdən buna hazırdır, lakin bu qərarı təkbaşına verə bilməz.

Həmçinin, bir qrup Qərb hərbi eksperti və vətəndaş cəmiyyəti nümayəndələri Fransanın “Le Monde” qəzetində NATO təyyarələrinin Ukraynaya göndərilməsi təklifi ilə çıxış ediblər. Onların fikrincə, yeni reallıqda Avropa artıq öz ərazisi üzərində PUA-ların vurulmasından ibarət passiv müdafiə strategiyasına arxalana bilməz.

E. KAMAL




Bölməyə aid digər xəbərlər