13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Prezident seçkilərinin nəticəsi dəyişib
Tarix: 09-02-2024 08:31 | Bölmə: Slayd
Prezident seçkilərinin nəticəsi dəyişib

Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində səsvermə ilə əlaqədar dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması prosesi davam edir.

Reyting.az
MSK-nın İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, daxil olan protokollardan sonra artıq seçkilərdə seçici fəallığı və prezidentliyə namizədlərin topladığı səslərdə dəyişiklik qeydə alınıb.

Fevralın 8-də 125 seçki dairəsi üzrə 6 537 məntəqədən 3 561-dən (93,35 faiz) daxil olan nəticələrə əsasən, seçici fəallığı 76,73 faiz olub. İlkin nəticələrə əsasən, namizədlərin topladığı səslər aşağıdakı kimi olub:

- İlham Əliyev - 92,05 faiz;

- Zahid Oruc - 2,19 faiz;

- Fazil Mustafa - 2 faiz;

- Qüdrət Həsənquliyev - 1,76 faiz;

- Razi Nurullayev - 0,8 faiz;

- Elşad Musayev - 0,67 faiz;

- Fuad Əliyev - 0,53 faiz.

Hazırda dairələrdən daxil olan daxil olan protokolun 1-ci nüsxəsi və ona əlavə edilmiş sənədlərə əsasən, seçici fəallığı 76,43 faizdir. Namizədlərin topladığı səslər isə aşağıdakı kimidir:

- İlham Əliyev - 92,12 faiz (4 577 693 səs);

- Zahid Oruc - 2,17 faiz (107 877 səs);

- Fazil Mustafa - 1,98 faiz (98 623 səs);

- Qüdrət Həsənquliyev - 1,72 faiz (85 607 səs);

- Razi Nurullayev - 0,80 faiz (39 797 səs);

- Elşad Musayev - 0,66 faiz (32 956 səs);

- Fuad Əliyev - 0,53 faiz (26 561 səs).

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyaları tərəfindən seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə MSK-ya təqdim olunması təmin edilməlidir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu proses fevralın 9-dan gec olmayaraq başa çatdırılmalıdır.(APA)





Bölməyə aid digər xəbərlər