13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Pakistanda yeni gərginlik: İmran Xanın tərəfdarları seçkilərdə qalib gəldiklərini iddia edirlər
Tarix: 10-02-2024 17:50 | Bölmə: Slayd
Pakistanda yeni gərginlik: İmran Xanın tərəfdarları seçkilərdə qalib gəldiklərini iddia edirlər
İmran Xan

Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın baş köməkçisi bu gün deyib ki, onların partiyası cümə axşamı keçirilən ümumi seçkilərdə ən çox yer qazandıqdan sonra hökuməti formalaşdırmağa çalışacaq.

Reyting.az
“Reuters”-ə istinadla bildirir ki, İmran Xanın lideri olduğu Pakistan Ədalət Partiyasının müvəqqəti rəhbəri Qohar Əli Xan İslamabadda keçirdiyi mətbuat konfransında bütün Pakistan qurumlarını partiyanın mandatına hörmət etməyə çağırıb. O, əlavə edib ki, şənbə günü axşama qədər tam nəticələr açıqlanmasa, partiya bazar günü dinc etiraz aksiyası keçirəcək.

Qeyd edək ki, həm İmran Xanın tərəfdarları, həm də onun rəqibi olan Nəvaz Şərif seçkidə qalib gəldiyini bəyan edir. Xanın həbsdə olmasına və partiyasının seçkilərdə iştirakına qadağa qoyulmasına baxmayaraq, onun dəstəklədiyi müstəqil namizədlər ən çox yer qazanıb.

“Geo News” telekanalı isə bildirir ki, Birləşmiş Xalq Hərəklatının lideri Davar və tərəfdarları Şimali Vəziristanın Miranşah şəhərində bir araya gələrək seçkinin nəticələrinin gec açıqlanmasına etiraz ediblər. Etiraz zamanı yaranan qarşıdurmada 3 polis əməkdaşı həyatını itirib. Hərakat lideri Davar isə tapança gülləsindən yaralanıb.



Dünən Hayber Paxtunxva əyalətində seçkinin nəticələrinə etiraz etmək üçün keçirilən nümayişdə baş verən hadisələrdə 2 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Onu da qeyd edək ki, ölkədə 5 il qanunverici orqan kimi fəaliyyət göstərəcək Pakistan Milli Assambleyası və əyalət məclislərinin seçkiləri üçün səsvermə fevralın 8-də yerli vaxtla saat 08:00-da başlayıb və saat 17:00-da başa çatıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər