13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

18:04 / 11-06-2025

İlham Əliyev 3 gün ərzində and içəcək - Seçkilərin nəticəsi təsdiqlənib - (Yenilənib)
Tarix: 13-02-2024 13:01 | Bölmə: Slayd

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.
Reyting.az xəbər verir ki, toplantıda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.
İclasda məruzəçi hakim prezident seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.
Bildirilib ki, MSK fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.
***
Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsi sədrinin müavini, məruzəçi hakim Sona Salmanova Mərkəzi Seçki Komissiyasının (MSK) 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokoluna Konstitusiya icraatı qaydasında baxıldığını bildirib.
Reyting.az xəbər verir ki, məruzəçi hakim Kamran Şəfiyev prezident seçkiləri ilə prokurorluq və polis orqanlarına şikayət daxil olmadığını nəzərə çatdırıb.
K. Şəfiyev deyib ki, Sumqayıt Apellyasiya Məhkəməsində bir şikayətə baxılıb və şikayət əsassız hesab edilib.
K. Şəfiyev seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildirib və seçkilərin nəticələrinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib.
İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilərə start verildikdən sonra 17 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiqi üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib və namizədliklərin irəli sürülməsi təsdiq olunaraq onlara imza vərəqələri verilib. Namizədliyinin irəli sürülməsi təsdiq olunanlardan yalnız 7-si imza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytarıb və onların hamısının namizədliyi qeydə alınıb. Qeydə alınmış namizədlərdən 5-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, 2-si isə öz təşəbbüsü ilə seçkilərə qatılıb.
Qeydə alınmış namizədlərə öz seçkiqabağı platformalarını sərbəst şəkildə seçicilərə çatdırmaq üçün mediada hərtərəfli, bərabər şərait və geniş imkanlar yaradılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq - həftəlik 6 saat ödənişsiz efir vaxtı ayrılıb. “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Respublika” qəzeti və “Bakinski raboçi” qəzetlərində qanunvericiliyə uyğun həcmdə və qaydada ödənişsiz dərc üçün yer təmin edilib, 44 media qurumunda isə bərabər şərtlərlə ödənişli təşviqat imkanı yaradılıb. Qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün, ilkin mərhələdə, onlar respublikanın şəhər və rayonlarında 125 seçki dairəsi üzrə 139-u açıq, 142-si qapalı olmaqla, ümumilikdə 281 ödənişsiz yerlə təmin edilib. Bunun ardınca isə, daha geniş imkanların yaradılması məqsədilə, demək olar ki, respublikanın əksər yaşayış məntəqələrini əhatə edən 4 500-ə yaxın əlavə görüş yeri də ayrılıb.
Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunmasına xüsusi diqqət yetirilib, respublikanın bütün coğrafiyasını əhatə etməklə, 1 000 seçki məntəqəsində quraşdırılan və yüksək texniki parametrlərə uyğun olmaqla günün tələblərinə cavab verən, yenilənmiş sistem üzərindən daha aydın vizual görüntü təminatına şərait yaradan veb-kameralar vasitəsilə səsvermə prosesini heç bir qeydiyyat tələb olunmadan, əvvəldən axıradək fasiləsiz olaraq onlayn izləmək imkanı təmin edilib. Proseslərin müşahidəsinə 72 nüfuzlu beynəlxalq qurumu və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi, dünyanın 110 aparıcı xarici media subyektinin 217 təmsilçisi, eləcə də Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında akkreditasiyadan keçən 90 000-dən artıq yerli müşahidəçi qatılıb. Seçkilərdə öz namizədləri ilə iştirak edən 5 siyasi partiya da daxil olmaqla, 19 siyasi partiyanın və öz təşəbbüsü ilə seçkilərə qatılan namizədlərin ümumilikdə 51 000-dən artıq müşahidəçisi seçkiləri izləyib. Bununla yanaşı, seçkilərin müşahidəsinə qoşulan 7 000-ə yaxın müşahidəçi bütövlükdə 83 qeyri-hökumət təşkilatı, vətəndaş cəmiyyəti institutu və ictimai birlikləri əhatə edib. Biri xarici partnyorları ilə birgə olmaqla, ümumilikdə 3 ixtisaslaşmış təşkilat Mərkəzi Seçki Komissiyasında qeydə alınaraq səsvermə günü “exit-poll” keçirib.
Eyni zamanda, səsvermə günü müxtəlif mənbələrdə, o cümlədən onlayn platformalarda olan məlumatlar belə fərqli alternativ resurslardan, habelə seçki məntəqələrində quraşdırılmış veb-kamera görüntülərindən istifadə olunmaqla mümkün qədər geniş və hərtərəfli araşdırılıb. Nəticədə 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkar edildiyindən, MSK-nın qərarı ilə həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və həmin məntəqələrin seçki komissiyaları buraxılıb.
Bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi ümumi nəticəyə təsir etməyib: “Hesab edirəm ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi sənədi təsdiq edə bilər”.
Daha sonra M. Pənahov Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb.
İclasda Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla isə Sevda Süleymanova çıxış edib.
İclasda ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov çıxış edib. O, prezident seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.
Onlar hakimlərin suallarını da cavablandırıblar.
Daha sonra hakimlər müşavirəyə gedib.(APA)
***
Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticəsini təsdiqləyib.
Reyting.az xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib.
Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.
Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.
***
Azərbaycan prezidenti seçilən İlham Əliyev 3 gün ərzində and içəcək.
Reyting.az xəbər verir ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:
“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb