13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Cinayətkar dəstənin 9 üzvü həbs edilib
Tarix: 13-02-2024 11:42 | Bölmə: Slayd
Cinayətkar dəstənin 9 üzvü həbs edilib

Federal Təhlükəsizlik Xidməti və Rusiya İstintaq Komitəsinin əməkdaşları Tıva Respublikasında ukraynalı “qanuni oğru” Ruslan Qeqeçkorinin tərəfdarlarını saxlayıblar.

Reyting.az
Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinə istinadla bildirir ki, kriminal avtoritet Artış Dajıvaa ekstremist və Rusiyada fəaliyyəti qadağan edilmiş “Məhkumların Cinayət Birliyi” hərəkatının respublika ərazisində struktur bölmələrinə rəhbərlik edib. O, 2020-ci ildə Ukrayna vətəndaşı Qeqeçkorinin köməyi ilə “Kara Şeriq” mütəşəkkil cinayətkar cəmiyyətinin lideri olub.

İstintaq hesab edir ki, Artış Dajıvaa və onun əlaltıları Çolduqbay Monquş və Aldınxerel Kırğız yerli sakinlər və məhkumlar arasında cinayətkar ideologiyanı və hüquq-mühafizə orqanlarına nifrət hissini təbliğ edib, bununla razılaşmayanları döyüblər. Onlar həbsxanadakı tərəfdarlarını da narkotiklə təmin ediblər. Eyni zamanda mütəşəkkil cinayətkar dəstənin üzvləri yerli iş adamlarından hədə-qorxu yolu ilə vəsaitlər alıblar.

Təhlükəsizlik qüvvələri “Kara Şeriq”in 9 üzvünü saxlayıb. Məhkəmə onların həbsi barədə qərar çıxarıb.

Ümumilikdə mütəşəkkil cinayətkar dəstənin 52 üzvünə qarşı cinayət işi başlanıb, onlardan 46 nəfəri həbsdədir. Qeqeçkori qiyabi həbs olunaraq axtarışa verilib. 16 təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib, daha 20 təqsirləndirilən şəxs isə cinayət işi araşdırılır.

Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Gürcüstanın Daxili İşlər Nazirliyi cinayət dünyasının nümayəndələrinə qarşı genişmiqyaslı xüsusi əməliyyatın nəticələrini açıqlayıb. Təhlükəsizlik qüvvələri ölkədən kənarda olan Qeqeçkori, Tengiz Xoperiya, Ceyran Kintsuraşvili, Revaz Morçiladze və Paata Bakradze ilə əlaqəli olan kriminal aləmin 18 nümayəndəsini saxlayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər