13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

18:04 / 11-06-2025

Süleyman Rüstəm və dostu Bülbülü necə aldadıb? - Xalq şairinin xatirələri
Tarix: 13-02-2024 12:06 | Bölmə: Slayd

Mərhum Xalq şairi Süleyman Rüstəmin xatirələrinin bir qismini oxucularla bölüşmüşük. Bu dəfə onun yaddaş boxçasından Mikayıl Rəfili barədə məzəli qeydlərini paylaşırıq.
Reyting.az xatırladır ki, şair xatirələrində yazır:
Mikayıl məclislərdə çox hazırcavab və zarafatcıl adam idi. Onun olduğu məclislərdə vaxtın nə zaman gəlib keçdiyini hiss etməzdin. Dostlarını özüylə zarafat etməyə özü həvəsləndirərdi. Adam var ki, iki cümləsini eşitdinmi, darıxırsan, canını əlindən qurtarmağa çalışırsan. Ancaq Mikayılı biz özümüz axtarırdıq ki, gərgin yaradıcılıq zəhmətindən sonra onunla şən dəqiqələr keçirə bilək.
Xalqımızın əvəzsiz, qüdrətli ustad müğənnisi Bülbül də Daşkənddə bizimlə idi. Bülbülün çıxışlarının təsirini bir neçə sözlə demək mümkün deyildir. Operalardan ariyaları, xalq mahnılarını elə məharətlə, məlahətlə ifa edirdi ki, salondakılar onu səhnədən getməyə qoymurdu. Biz böyük iftixar hissi ilə Bülbülümüzün bu misilsiz təntənəsinə ürəkdən sevinirdik.
Biz Daşkənddə hökumət bağında yaşayırdıq. Mikayıl Rəfili və Bülbül pəncərəsi bağçaya açılan bir otaqda olurdu. Bülbül özüylə Daşkəndə bir zənbil Borjom suyu gətirmişdi. O suyu ancaq özü içirdi. Bir gün Daşkəndin istisi bizi haldan saldı. Naçar qalıb Bülbülün bir neçə “Borjom” şüşəsini açıb stəkanları doldurub doyunca içdik. Əvəzinə isə şüşələrə adi su töküb öz qaydasıyla bağladıq.
Sonra gördük ki, Bülbül Daşkəndin havasından şikayətlənir: "Canım, qəribədir, burada “Borjom”un dadı tamam dəyişibdir. Yəqin havadandır..."
Bu sirri açmadıq.
Hökumət bağındakı qizılgül kollarından qalxan ətir qoxusu bizi məst edirdi. Bülbüllə incə zarafatımız vardı. Bir səhər Bülbül bağçaya əl-üzünü yumağa çıxanda gülləri görüb heyrət etdi. Bir az sonra mən Mikayılla bərabər otağa girib gülləri təəccüblə nəzərdən keçirdik.
- Bülbül, bu nə işdir? Bu nə aləmdir, bu güllər yataqda nə gəzir?
- Bu yəqin mənim pərəstişkarım olan qızların işidir.
Mikayıl dedi:
- Allah elə erkək qızlardan bizə də qismət etsəydi, dərdimiz nəydi ki!
Hamımız gülüşdük. Bir gün axşamüstü bağda gözəl bir süfrə açılmışdı. Bülbül hara isə getmişdi. Süfrə arxasında dostluqdan, ədəbiyyatdan, incəsənətdən şirin söhbət gedirdi. Söhbətdən sonra özbək xanəndələri oxumağa başladı. Onlar nimçəni qaval kimi qulağına yaxın tutub oxuyurdu. Nimçə kimə ötürülürdüsə, həmin adam tez musiqinin ahəngi altında oxumağa başlayırdı.
Bəli, nimçə mənə ötürüldü. Mən də solumdakı bir özbəyə ötürmək istəyəndə o nimçəni məndən almadı, sonra sağımdakı yoldaşa ötürmək istədim o da almadı. Özbək dostlar “öf” çaldılar:
“Bülbül əkə, Bülbül əkə”, - deyə məndən oxumağımı xahiş etdilər.
Çox qəribə vəziyyət əmələ gəlmişdi. Alqışlar arasında mən onları başa sala bilmirdim ki, mən Bülbül deyiləm, Süleymanam.
Nəhayət, ara sakit oldu. Mən dedim ki, "Bülbül hazırda bu məclisdə yoxdur. Mən şair Süleyman Rüstəməm. İnanmırsınızsa, vəsiqəmi göstərə bilərəm”. Dostlar gülüşdü.
Məşhur özbək xanəndəsi Kare Yaqubun həyat yoldaşı da təsdiq etdi ki, mən Bülbül deyiləm. Bir şer oxumaqla yaxamı musiqi həvəskarlarının əlindən qurtardım.
Mikayılın növbəti zarafatlarından birini də xatırlayıram. O, Moskvaya bir neçə aylığa elmi məzuniyyətə getmişdi. Biz bir neçə yoldaş Bakıda Moskvadan qəribə imzalarla bir neçə teleqram aldıq. Dostlarımızdan birinə yazılmışdı:
"Oğlunuz yanıma gəldi. O mənə sizdən ağıllı göründü".
Digər dost belə teleqram almışdı: "Böyük ehtiyac içindəyəm, xəsis olma, təcili teleqrafla mənə 50 qəpik göndər".
Mənə gələn teleqram belə idi: "Gözün aydın, təzə saç dərmanı çıxıb. Yubanma, özünü Moskvaya yetir".
Bu teleqramların müəllifinin Mikayıl olduğuna şübhəmiz yox idi. Bunun əvəzini ondan tez çıxmaq olmazdı. Mikayıl Moskvada hələ xeyli vaxt qalmalı idi. Əlimə fürsət yeni il ərəfəsində düşdü. Ona teleqram vurdum ki, dekabrın 31-də həyat yoldaşımla birlikdə təyyarə ilə Moskvaya gəlirəm. Mümkünsə bizi qarşıla. 31 dekabr səhəri Mikayıl “Vnukovo” təyyarə meydanına bizi qarşılamağa gəlir. Bakıdan gələn təyyarə yerə enir. O sərnişinlər arasında bizi görmür. Qərara alır ki, yəqin axşam təyyarəsi ilə gəlirik. Vaxtını axşama qədər bufetdə, restoranda keçirir.
Bakıdan gələn ikinci təyyarə də yerə enir. Mikayıl yorğun gözlərini sərnişinlərə zilləyir, əməkdar artist Nəcibə Məlikovanı görüb sevinir. Ondan soruşur ki: “Süleymanı təyyarədə görməmisiniz ki?”
Nəcibə, cavab verir ki, Süleyman bu təyyarədə yoxdur. Mikayıl birdən ayılır, indi başa düşür ki, bu bir ay əvvəl vurduğu teleqramlara cavab imiş. Bu bizim Mikayıl ilə son zarafatlarımızdan biri idi.
Çaplinin "Böyük şəhərin işıqları" filmini görməyən çox az tapılar. Bu filmdə Çaplinin çox məzəli oynaq bir rəqsi var. Mikayıl bu rəqsi çox sevirdi. Bu rəqs havası harada çalınsaydı, Mikayıl vəcdə gələrdi. Yerində dingildəyərdi, gözlərində sevinc qığılcımları parıldayardı.
Bu rəqs havası nə vaxt harda, hansı şəraitdə çalınsaydı, Mikayıl bir bəhanə tapıb mütləq oynamalıydı. Oynamaq var, oynamaq var. Adama elə gəlirdi ki, oynayan Mikayıl deyil, Çarli Çaplinin özüdür ki, var.
Yazıçı və şairlərimizin çoxu onu bu hava ilə oynayanda görmüşdür. Bəzən restoranlara gedəndə fürsət tapıb Mikayıldan xəbərsiz orkestrdəki musiqiçilərdən xahiş edərdik ki, biz işarə verəndə Çarli Çaplinin rəqs etdiyi havanı çalsınlar.
Bir dəfə də mən Moskvada olduğumuz zaman "Araqvi" restoranının musiqiçilərindən belə bir xahiş etdim. Həmin hava çalınan kimi Mikayılın gözlərində təbəssüm göründü, yerində rahat otura bilmədi.
- Süleyman qalxacağam, yerimdə otura bilmirəm.
- Mikayıl, ayıbdır, burada bizi tanıyanlar ola bilər.
- Olsun da... Pis iş görmürəm ki, oynayacağam.
Bəli, Mikayıl bir qırpımda ayağa qalxıb quş kimi süzərək rəqsə başladı. Restoran boyu o baş bu başa gedərək böyük həvəslə, hünərlə oynadı. Alqış sədaları restoranı bürüdü. Bu münasibətlə süfrəmizə içki hədiyyələri göndərənlər də oldu.
Mikayıl dilləndi:
- Süleyman, gördünmü, oynamağım qonorarsız olmadı.
Novruz bayramı ərəfəsində Sabit Rəhman, Ənvər Məmmədxanlı və mən Mikayılı təbrikə getdik. Süfrəyə bayram şirniyyatı düzüldü. Yenə şirin söhbətlər, gülüşlər, qəhqəhələr otaqları bürüdü. Mikayıl hər söz başında deyirdi: "Bu mənim son zarafatlarımdir, qocaldıq getdik".
Bir neçə ay sonra Kislovodskdan qayıdarkən Mikayıl Rəfilinin ölüm xəbərini eşitdim.
Mən sarsıldım.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb