13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Bu il Kərkicahana ilk köç olacaq - Fotolar
Tarix: 13-02-2024 15:50 | Bölmə: Slayd
Bu il Kərkicahana ilk köç olacaq

Bu il Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşündə bildirilib.

Qəbulda iştirak edən sakinlər doğma yurda qayıtmağa hazır olduqlarını bildiriblər.

Komitənin məlumatına görə, dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda effektiv qayıdışı ilə əlaqədar verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.






Bölməyə aid digər xəbərlər