13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
NATO milyardlıq müqavilələrə razılıq verib
Tarix: 14-02-2024 09:19 | Bölmə: Slayd
NATO milyardlıq müqavilələrə razılıq verib

NATO-nun baş katibi Yens Stoltenberq Alyansın müdafiə istehsalının artırılmasının və Ukraynaya uzunmüddətli dəstək verilməsinin zəruriliyini bəyan edib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə NATO-nun saytında məlumat verilib.

Stoltenberqin müavini Mirça Geoane izah edib ki, söhbət müdafiə sənayesini canlandırmaqdan gedir:

“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin başlamasından iki il sonra həm Ukrayna, həm də Avro-Atlantik təhlükəsizliyi üçün müdafiə istehsalımızı artırmaq və müdafiə sənayemizi yeniləmək tamamilə zəruridir”.

NATO rəsmisinin sözlərinə görə, NATO Dəstək və Satınalma Agentliyi (NSPA) 2023-cü ilin iyul ayından etibarən “Patriot” raketləri və 155 mm-lik mərmilər də daxil olmaqla təxminən 10 milyard dollarlıq müqavilələrə razılıq verib:

“Müttəfiqlərin ümumi qüvvələr dəsti var. Ona görə də biz müdafiə sənayesi məsələlərinə NATO-nun səlahiyyətlərinə hörmət edən, məsələn, standartların müəyyən edilməsində və müttəfiqlər arasında maneələr yaratmayan tamamlayıcı yanaşmanı təmin etməliyik”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər