13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Putin ABŞ-ı müharibəni dondurmağa dəvət edib
Tarix: 14-02-2024 10:11 | Bölmə: Slayd
Putin ABŞ-ı müharibəni dondurmağa dəvət edib

Rusiya rəhbərliyi ABŞ-a Ukraynadakı müharibəni dondurmağı təklif edib, lakin Vaşinqton bunu Ukraynasız müzakirə etmək istəməyib.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç rus mənbəyinə istinadla yazıb.

Məlumata görə, Putin vasitəçilər, o cümlədən Yaxın Şərqdəki ərəb tərəfdaşları vasitəsilə 2023-cü ildə Vaşinqtona siqnallar göndərib ki, onun qüvvələri indiki xətlərdə qalmaqla münaqişəni dondurmaq istəyir.

Rusiyadakı yüksək səviyyəli mənbə jurnalistlərə bildirib ki, vasitəçilər 2023-cü ilin sonunda Türkiyədə görüşsələr də, danışıqlar nəticəsiz qalıb.

İkinci həmsöhbət deyib ki, amerikalılar Ukraynasız atəşkəsi müzakirə etmək istəməyiblər.

Üçüncü mənbə ABŞ-ın Ukraynaya təzyiq etmək istəmədiyini bildirir.

Amerikalı mənbə rəsmi əlaqə faktını təkzib edərək, Vaşinqtonun Ukraynasız danışıqlarda iştirak etməyəcəyini deyib.

Bu arada ruslar bildirirlər ki, siqnalı aldıqdan sonra Ağ evin milli təhlükəsizlik müşaviri Cek Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns və dövlət katibi Entoni Blinken də daxil olmaqla Amerika rəsmiləri görüşüb.

“İdeya ondan ibarət idi ki, Sallivan Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakovla danışacaq və növbəti addımları müəyyən edəcək. Lakin yanvar ayında Sallivan Uşakova bildirib ki, Vaşinqton münasibətlərin digər aspektlərini müzakirə etməyə hazırdır, lakin Ukraynasız atəşkəsi müzakirə etmək mümkün deyil”, - nəşr yazıb.

Başqa bir rus mənbəyi jurnalistlərə bildirib ki, Putin məsələni belə şərh edib:

“Mən bilirdim ki, heç nə etməyəcəklər”.

Digər həmsöhbət Vaşinqtonun Putinin səmimiliyinə inanmadığını qeyd edib. İndi Kreml müharibənin dondurulması məsələsində ABŞ-la gələcək təmasların mənasını görmür.

Qeyd edək ki, Ukrayna hakimiyyəti dəfələrlə bildirib ki, Rusiya ilə danışıqlar məsələsinə yalnız işğalçı qüvvələr Ukrayna ərazilərindən çıxarıldıqdan sonra baxılacaq. Moskva isə iddia edir ki, o, heç vaxt danışıqlardan imtina etməyib.

Onu da xatırladaq ki, Ukrayna rəsmiləri dəfələrlə bəyan ediblər ki, Rusiya hakimiyyəti cəbhədə atəşkəs rejimindən öz qoşunlarını növbəti hücumlar üçün artırmaq və gücləndirmək üçün istifadə etməyə çalışır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər