13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya və Belarusa yeni sanksiyalar tətbiq olunacaq
Tarix: 14-02-2024 23:08 | Bölmə: Slayd
Rusiya və Belarusa yeni sanksiyalar tətbiq olunacaq

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni, 13-cü sanksiyalar paketi yaxın günlərdə təsdiqlənə bilər.

Reyting.az
xəbər verir ki, “Euobserver” sanksiyalar paketinin fevralın 19-da Aİ-nin xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcəyini ehtimal edir.

Məlumata görə, ilkin olaraq Aİ sanksiyalar paketinə 118 fiziki və hüquqi şəxsin daxil edilməsi təklifini irəli sürsə də, sonradan siyahı genişləndirilib və hazırda söhbət 193 sanksiya obyektindən gedir.

Bundan əlavə, Avropa İttifaqı uşaqları Ukraynadan zorla deportasiya etmək ittihamı ilə dörd Belarus vətəndaşına qarşı da sanksiyalar tətbiq etmək niyyətindədir.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirmişdi ki, Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərsə, Moskva cavab tədbirləri görəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər