13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ukraynada həyəcan siqnalı çalınır: yeni hücumlar başlayıb - Fotolar
Tarix: 15-02-2024 09:31 | Bölmə: Slayd
Ukraynada həyəcan siqnalı çalınır: yeni hücumlar başlayıb

Rusiya səmaya strateji bombardmançı təyyarələr qaldırıb.

Reyting.az
xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri bir neçə Tu-95MS təyyarəsinin Rusiya Federasiyasının Murmansk vilayətindəki Olenya aerodromundan səmaya qalxdığını bildirib.

Müdafiə Qüvvələri dərhal cənub və şərq bölgələrində hava hücumu xəbərdarlığı elan edib. Ukrayna Silahlı Qüvvələri bunun Tu-95MS təyyarələrindən qanadlı raketlərin buraxılması təhlükəsi ilə əlaqəli olduğunu bildirib.



Məlumata görə, əsas xəbərdarlıq Kiyev, Çerniqov, Çerkassı, Vinnitsa, Kirovoqrad və Jitomir vilayətlərində edilib. Ukrayna Hərbi Hava Qüvvələri cənubdan Xerson istiqamətində raket atdığını bildirib.

Hərbi Hava Qüvvələri Zaporojye üçün təhlükə yaradan raketlərin istiqamətini dəyişərək Dnepropetrovsk vilayətinə uçduğu barədə də xəbərdarlıq edib.

Daha sonra Kiyev meri Vitali Kliçko partlayışlar olduğunu bəyan edib. Onun sözlərinə görə, paytaxtda hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir.

Dneprdə də partlayışlar baş verib. İvano-Frankivsk və Lvovda da partlayışlar olub. Hələlik dəyən ziyan və itkilər haqda məlumat verilmir.



E. KAMAL




Bölməyə aid digər xəbərlər