13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Döyüşlər davam edir: Rusiya Avdeevkaya nizami qoşunlar və elit qruplar cəmləşdirir
Tarix: 16-02-2024 09:32 | Bölmə: Slayd
Döyüşlər davam edir: Rusiya Avdeevkaya nizami qoşunlar və elit qruplar cəmləşdirir

Rusiya Ukraynanın Donetsk vilayətinin Avdeevka bölgəsinə elit qoşunlar toplayıb. Bölgədə Ukrayna ordusuna qarşı döyüşən yeddi birqada var.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna 3-cü hücum briqadasının “Terra” bölməsinin komandiri Nikolay Voloxov deyib.

“Vəziyyət mürəkkəbdir. Bizə qarşı 7 düşmən briqadası dayanıb. Bəli, biz canlı qüvvənin və düşmənin texnikasının məhvinə görə rekord vurmuşuq. Ancaq hələlik qeyd etmək və sevinmək üçün xüsusi bir əsas yoxdur. Ruslar elit hissələrini bura göndərir. Bu, əvvəllər Baxmut yaxınlığında hələ də “Vaqner”in olduğu dövrlə müqayisə edilə bilər. Biz onları nokauta saldıq, amma görünür, durum çətindir”, - komandir bildirib.

Hərbçi qeyd edib ki, ruslar həm elit nizami qoşunlarını, həm də elit hissələrini Avdevkaya cəmləşdirir. Ruslar, eyni zamanda artilleriya və dronlardan fəal şəkildə istifadə edirlər: “Düşmən çox fəal şəkildə cinah manevrləri həyata keçirməyə çalışır. Bununla, həm kəmiyyətcə (və onların burada olan piyadalarının sayı çoxdur), həm də keyfiyyətcə bizi əlverişsiz vəziyyətə salmaq istəyirlər. Amma biz bunun öhdəsindən gəlirik”.



Xatırladaq ki, bundan əvvəl Ağ ev bildirib ki, Donetsk vilayətinin Avdeevka şəhərində vəziyyət kritikdir. Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi şəhərin Rusiya işğalçı qüvvələrinin nəzarətinə keçə biləcəyini deyib. O, buna səbəb kimi Ukrayna hərbçilərinin kifayət qədər silah-sursata malik olmadığını göstərib və ABŞ qanunvericilərini əlavə maliyyələşdirməni təsdiqləməyə çağırıb.

Eyni zamanda, fevralın 15-i axşam saatlarında DeepState monitorinq layihəsi hərbi əməliyyatların yenilənmiş xəritəsini dərc edib və Ukrayna hərbçilərinin Avdeevkadakı Zenit bölgəsindəki mövqelərdən geri çəkildiyini vurğulayıb. Qeyd olunub ki, son günlər oradakı mövqelər mühasirəyə alınıb və hamı oradan çıxa bilməyib.

Fevralın 16-na keçən gecə “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski bir mesaj paylaşıb. Mesajda deyilir ki, fevralın 15-i saat 23:00-a olan məlumata görə, Avdeevkada vəziyyət ağır, lakin idarə olunandır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər