13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Milli Məclis Əli Əsədovun baş nazir təyinatına razılıq verib - (Yenilənib)
Tarix: 16-02-2024 10:11 | Bölmə: Slayd
Milli Məclis Əli Əsədovun baş nazir təyinatına razılıq verib - (Yenilənib)

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

Reyting.az
-ın xəbərinə görə, iclasda Milli Məclis prezident seçkilərindəki qələbəsi münasibəti ilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərilməsi haqda məlumat verilib.

Xatırladaq ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda baş nazir Əli Əsədovun yenidən vəzifəsinə təyinatı məsələsi ilə yanaşı, 7 qanuna dəyişiklik layihəsi də daxil edilib:

1. “Su təchizatı və tullantı suları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

2. Azərbaycanın 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)

3. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)

4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

5. “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

6. “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

7. Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.

***

Milli Məclisin iclasında Əli Əsədovun yenidən baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Reyting.az
-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə namizədliyi irəli sürülüb.

Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib.

Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Əsədovun baş nazir təyin edilməsinə razılıq verib.




Bölməyə aid digər xəbərlər