13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Almaniya Azərbaycan və Ermənistanı dəstəkləməyə hazırdır
Tarix: 17-02-2024 18:19 | Bölmə: Slayd
Almaniya Azərbaycan və Ermənistanı dəstəkləməyə hazırdır

“Üçtərəfli müzakirədə kansler iki ölkə arasında sülh danışıqlarını tez bir zamanda yekunlaşdırmağa çağırıb. Almaniya və Avropa Avropa İttifaqı Şurasının sədri Mişelin səyləri də daxil olmaqla, bacardıqları qədər bunu dəstəkləməyə hazırdırlar”.

Reyting.az
xəbər verir ki, bu sözlər Almaniya hökumətinin Mətbuat və İnformasiya İdarəsinin (BPA) kansler Olaf Şoltsun Münhendə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş barədə yaydığı məlumatda yer alıb.

Almaniya hökumətinin saytında yerləşdirilmiş məlumatda xatırlanır ki, bu gün kansler Şolts Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla görüşüb. “Kansler açıq şəkildə bildirdi ki, hər iki tərəf mövcud fikir ayrılıqlarını və açıq sualları yalnız sülh yolu və güc tətbiq etmədən həll etməlidir”, - deyə hökumətin məlumatında vurğulanır.




Bölməyə aid digər xəbərlər