13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Tramp: “ABŞ dağılır. Birləşmiş Ştatlar yolunu azıb, gücünü və inamını itirib”
Tarix: 18-02-2024 10:53 | Bölmə: Slayd
Tramp: “ABŞ dağılır. Birləşmiş Ştatlar yolunu azıb, gücünü və inamını itirib”

“ABŞ dağılır. Biz üçüncü dünya ölkələri kimiyik. Hava limanlarımıza baxın, nə qədər pisdir”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp fevralın 17-də Miçiqandakı tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Donald Tramp hesab edir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının siyasəti nəticəsində Birləşmiş Ştatlar yolunu azıb, gücünü və inamını itirib.

“Biz tənəzzülə uğrayan millətik. Bu, çox kədərlidir. Biz millət olaraq uğursuzluğa düçar oluruq. Biz inamını, iradəsini, qüdrətini itirmiş xalqıq. Biz yolunu azmış xalqıq”, - deyə D. Tramp əlavə edib.

Keçmiş prezidentin fikrincə, Amerikanın hazırkı lideri Co Bayden faşistlər tərəfindən idarə olunur.

"Co Bayden və ona nəzarət edən faşistlər demokratiya üçün təhlükədir", - Tramp bildirib.

Keçmiş prezident qeyd edib ki, ABŞ cənub sərhədindəki vəziyyətə və çoxlu sayda qeyri-qanuni miqrantlara görə üçüncü dünya ölkəsinə çevrilib. “O (Baydeni nəzərdə tutur-red.) korrupsionerdir, o, dəhşətli prezidentdir”, - deyə keçmiş Amerika lideri yekunlaşdırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər