13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya ordusu Ukrayna şəhərini ələ keçirib
Tarix: 19-02-2024 09:13 | Bölmə: Slayd
Rusiya ordusu Ukrayna şəhərini ələ keçirib

Ukrayna qoşunları geri çəkildikdən sonra Rusiya Ukraynanın şərqindəki Avdeevka şəhərini tamamilə nəzarətə götürdüyünü, keçən ilin may ayında Baxmutu ələ keçirdikdən sonra ən böyük uğura imza atdığını elan edib.

Reyting.az
xəbər verir ki, paylaşılan görüntülərdə Rusiya bayrağının Avdeevkada qaldırıldığı əks olunub.

Ukrayna ordusunun sözçüsü bazar günü bildirib ki, Rusiya qoşunları döyüş meydanında daha çox qazanc əldə etmək üçün Avdeevkadan qərbə doğru çoxsaylı hücumlara başlayıb.

Regiondakı Kiyev qoşunlarına komandanlıq edən Ukrayna ordusu komandirinin mətbuat katibi Dmitri Lıxoviy deyib ki, düşmən fəal şəkildə hücumu davam etdirir.



Ukrayna Baş Qərargahı Rusiyanın Avdeevkanın şimal sərhədindən təxminən 2 km qərbdə yerləşən Lastoçkye kəndinə 14 uğursuz hücumu barədə məlumat yayıb.

Xatırladaq ki, ordu komandiri Aleksandr Sırski şənbə günü Ukrayna qüvvələrinin mühasirənin qarşısını almaq üçün Donbass bölgəsindəki şəhərdən geri çəkildiyini bildirib. Komandir geriçəkilməni “əsgərlərin həyat və sağlamlığını qorumaq, vəziyyəti sabitləşdirmək və qoşunları daha əlverişli müdafiədə yerləşdirməklə” əlaqələndirib.

Məlumata görə, bəzi ukraynalı əsgərlər Sovet dövründən qalma nəhəng, Avropanın ən böyük koks zavodunda gizlənirlər. Elə bu səbəbdəndir ki, Rusiya tərəfi qoşunların çıxarılmasını tələsik və xaotik hesab edir.

Bu gün Rusiyanın dövlət xəbər agentlikləri ölkənin müdafiə nazirliyinə istinadla bildirib ki, Rusiya qüvvələri Avdeevkadakı koks və kimya fabrikini tamamilə nəzarətə götürüblər. Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının Avdeevka şəhərinin şimal-qərb sərhədlərində yerləşən fabrikdə məskunlaşdığını açıqlayıb.

Onu da qeyd edək ki, Avdeevkanın nəzarətə götürülməsi ilə, Moskva 2014-cü ildə Rusiyanın etibarlı qüvvələri tərəfindən ələ keçirilən Ukraynanın əsas şəhəri olan Donetsk ətrafındakı bölgəyə tam nəzarətə sahib olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər