13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Zelenski: “Cəbhədə vəziyyət son dərəcə ağırdır”
Tarix: 20-02-2024 00:23 | Bölmə: Slayd
Zelenski: “Cəbhədə vəziyyət son dərəcə ağırdır”

Cəbhənin bir neçə hissəsində - Rusiya qüvvələrinin ehtiyatlarının maksimum cəmləşdiyi yerlərdə indi son dərəcə ağır vəziyyət yaranıb.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kupyanski istiqamətində Ukrayna mövqelərinə səfərindən danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya qoşunları Ukraynaya yardımın gecikməsindən istifadə edir.

V. Zelenski artilleriya çatışmazlığından da danışıb, cəbhə xəttində hava hücumundan müdafiə silahlarının daha geniş spektrinə ehtiyac olduğunu bildirib: “Biz dəstəyi bərpa etmək və genişləndirmək üçün tərəfdaşlarla mümkün qədər işləyirik”.

Prezident qeyd edib ki, indi bütün ehtiyacları yalnız Ukraynanın öz imkanları hesabına təmin etmək mümkün deyil, amma buna baxmayaraq, Ukrayna hər ay öz gücünü və imkanlarını artırır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər