13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qlobal çip savaşı - ABŞ bu sahəyə daha 1,5 milyard dollar xərcləyəcək
Tarix: 20-02-2024 10:51 | Bölmə: Slayd
Qlobal çip savaşı - ABŞ bu sahəyə daha 1,5 milyard dollar xərcləyəcək

ABŞ administrasiyası ölkənin təchizat zəncirinin dayanıqlığını artırmaq üçün çip istehsalına 1,5 milyard dollar ayıracaq.

Reyting.az
-ın xəbərinə görə, ABŞ Ticarət Nazirliyi bildirib ki, CHIPS və Elm Aktı çərçivəsində ölkənin yerli təchizat zəncirinin dayanıqlığını gücləndirmək, ölkənin rəqabət qabiliyyətini artırmaq üçün “GlobalFoundries” çip şirkəti ilə ilkin razılaşma əldə edilib.

Söhbət yarımkeçirici istehsalı ilə yanaşı iqtisadi və milli təhlükəsizliyi dəstəkləməkdən gedir.

Bəyanatda qeyd olunur ki, saziş çərçivəsində təmin ediləcək təxminən 1,5 milyard dollar birbaşa müasir obyektin yaradılmasına, potensialın əhəmiyyətli dərəcədə artırılmasına və “GlobalFoundries”-in Nyu-York və Vermontdakı obyektlərinin modernləşdirilməsinə yönəldiləcək.

Bəyanatda ABŞ prezidenti Co Baydenin ölkənin tədarük zəncirini gücləndirmək, yaxşı maaşlı iş yerləri yaratmaq və ABŞ-ın iqtisadi və milli təhlükəsizliyini yaxşılaşdırmaq üçün ikitərəfli CHIPS və Elm Aktını imzaladığı xatırlanır və “GlobalFoundries” ilə əldə edilən razılaşmaya diqqət çəkilir.

“GlobalFoundries” çiplərinin amerikalılara təsir edən gündəlik tətbiqlərin əsasını təşkil etdiyi vurğulanır, Çin xaricində bu miqyasda istehsal gücünə malik yalnız dörd şirkət olduğu və bunlar arasında yalnız “GlobalFoundries”-in mərkəzi ofisinin ABŞ-da yerləşdiyi bildirilir.

Qeyd olunur ki, müqavilə çərçivəsində həyata keçiriləcək layihələrlə qarşıdakı 10 ildə təxminən 1500 istehsalat iş yeri, 9 minə yaxın tikinti iş yeri yaradılacaq.

Bəyanatda qiymətləndirmələri yer alan ABŞ-ın vitse-prezidenti Kamala Harrisin yarımkeçiricilərin müasir texnologiyanın beyni olduğu fikrinə diqqət çəkilir, prezident Baydenlə birlikdə ölkə iqtisadiyyatını böyütmək və bütün Amerikada imkanlar yaratmaq öhdəliyinin davam etdiriləcəyi ifadə olunur.

Qeyd edək ki, hazırda qlobal səviyyədə çip rəqabəti gedir. Ukrayna savaşından sonra ABŞ və Avropa Birliyi faktiki olaraq Rusiyaya çip çatdıran qurumlara qarşı sərt sanksiyalar tətbiq ediblər. Eyni zamanda, bu sahədə Çini dayandırmaq üçün tədbirlər həyata keçirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər