13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ermənistan KTMT-də üzvlüyünü dayandırır
Tarix: 23-02-2024 09:23 | Bölmə: Slayd
Ermənistan KTMT-də üzvlüyünü dayandırır

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı dondurulur.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.

Baş nazir aparıcının İrəvanın “Rusiyanın dominantlıq etdiyi qurumdan çıxmaq niyyətində olub-olmaması” sualını cavablandırıb. Paşinyan deyib ki, o, KTMT-nin birgə bəyannaməsini imzalamağı xahiş edəndə yerinə yetirilməyib. O, iddia edir ki, bu bəyanat Azərbaycanın “Ermənistanın suverenliyinə qarşı təcavüzünə siyasi qiymət verilməməsi” ilə əlaqədar olub.

“Bu, bizim diqqətimizdən kənardaz qala bilməzdi. İştirakımızı dayandırdıq. Gəlin görək bundan sonra nə olacaq”, - Paşinyan “France 24” telekanalında deyib.

Rusiya hərbi bazasının Ermənistan ərazisində mümkün bağlanması ilə bağlı suala isə Paşinyan konkret cavab verməyib: “Mövzu gündəmdə deyil”.

Xatırladaq ki, hələ ötən ilin noyabrında Paşinyan Ermənistanın KTMT-dən çıxmağa hazırlaşmadığını deyirdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər