13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiyaya qarşı 13-cü sanksiyalar paketi təsdiqlənib
Tarix: 23-02-2024 15:14 | Bölmə: Slayd
Rusiyaya qarşı 13-cü sanksiyalar paketi təsdiqlənib

Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib. Sanksiyalar paketi çərçivəsində 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Aİ Şurasının qərarının yaxın vaxtlarda Aİ-nin rəsmi KİV-ində dərc ediləcəyi və bundan sonra qüvvəyə minəcəyi gözlənilir.

Məlumata görə, sanksiyaya məruz qalmış fiziki və hüquqi şəxslərin adları eyni sənəddə açıqlanacaq.

Qeyd edək ki, Rusiya Federasiyasına qarşı sanksiyalar paketi Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasının ikinci ildönümünə təsadüf edir.

Məlumatda bildirilir ki, Şura Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan daha 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər