13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dünyanın nəhəng buzlağı əriyir
Tarix: 26-02-2024 10:50 | Bölmə: Slayd
Dünyanın nəhəng buzlağı əriyir

Cənub yarımkürəsinin ən cənub hissəsində yerləşən və Cənub qütbünü ehtiva edən Antarktida qitəsi qlobal istiləşmədən ən çox təsirə məruz qalan ərazidir. Qlobal istiləşmə nəticəsində Antarktidanın buzlaqları əriyir və dəniz səviyyəsini yüksəldir.

Reyting.az
-ın xəbərinə görə, yeni araşdırma göstərir ki, Antarktidada dəniz buzu ardıcıl olaraq üçüncü ildir ən aşağı səviyyəyə düşür.

Qitə ətrafında üzən buzun ölçüsü üç il ərzində 2 milyon kvadrat kilometrdən də aşağı düşüb və bu, “qəfil kritik keçidi” göstərir.

Xatırladaq ki, Antarktidada dəniz buzunun peyklə ölçülməsinə 1979-cu ildə başlanılıb. Ərimə 2022-ci ildən başlayaraq 2023 və 2024-cü illərdə (ilk aylar) norma həddini keçib və buz kütləsi ən aşağı səviyyəyə düşüb.

ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin yeni məlumatları təsdiqləyir ki, bu, son üç ildə qitə ətrafında üzən dəniz buzunun miqdarına görə rekord həddə ən aşağı göstəricidir.

Qeyd edək ki, Antarktidanın dəniz buzları hər fevral ayında qitənin yay mövsümü səbəbindən əriyir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər