13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
AŞPA-ya Azərbaycanla bağlı daha bir müraciət ünvanlanıb
Tarix: 27-02-2024 12:46 | Bölmə: Slayd
AŞPA-ya Azərbaycanla bağlı daha bir müraciət ünvanlanıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Beynəlxalq Katibliyi adından Avropa Şurası Parlament Assambleyasına (AŞPA) məktub göndərilib.

Reyting.az
xəbər verir ki, QDİƏT PA-nın vitse-prezidenti və qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri Fatih Dönmez, vitse-prezident və Albaniya nümayəndə heyətinin rəhbəri Petro Koçi, vitse-prezident və Gürcüstan nümayəndə heyətinin rəhbəri Ramaz Nikolaşvili, həmçinin Ukrayna nümayəndə heyətinin rəhbəri Anna Purtova, Serbiya nümayəndə heyətinin rəhbəri İqor Beçiç və Yunanıstan nümayəndə heyətinin rəhbəri Konstantinos Vlasis AŞPA prezidenti Teodoros Rusopulosa QDİƏT PA-nın Beynəlxalq Katibliyi adından məktub ünvanlayıblar.

Məktubda Teodoros Rusopulosa AŞPA-nın prezidenti seçilməsi münasibətilə təbrik ifadə olunur, həmçinin QDİƏT PA və AŞPA arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinə toxunulur.

Qeyd olunur ki, ötən müddət ərzində QDİƏT PA demokratiya və qanunun aliliyinə hörmət edən Avropa institutları ilə faydalı əməkdaşlıq edib, lakin təəssüf ki, həm QDİƏT PA-nın, həm də AŞPA-nın üzvü Azərbaycan AŞPA-da səsvermə hüququndan məhrum olunub.

Məktub müəllifləri Cənubi Qafqazın aparıcı dövlətlərindən biri olan Azərbaycanın insan hüquqlarına hörmətlə yanaşdığını vurğulayaraq, yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun bərpa olunacağına ümidlərini ifadə ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər