13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya NATO ilə müharibəyə hazırlaşır
Tarix: 28-02-2024 10:21 | Bölmə: Slayd
Rusiya NATO ilə müharibəyə hazırlaşır

Rusiya prezidenti Vladimir Putin Şimali Atlantika Alyansına (NATO) qarşı hərbi təcavüz hazırlığına başlayıb.

Reyting.az
xəbər verir ki, belə bir iddianı ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) irəli sürüb.

ISW hesab edir ki, NATO ilə müharibə hazırlığını Rusiya liderinin fevralın 26-da Moskva və Leninqrad hərbi dairələrini rəsmən bərpa edən iki fərmanı sübuta yetirir. Beləliklə, Rusiya həm də ölkənin Müdafiə Nazirliyinin 2010-cu ildə bu iki rayonu - MVO və LVO-nu birləşdirərək formalaşdırdığı Qərb Hərbi Dairəsini (QQH) ləğv edir.

Təhlilçilərin fikrincə, Qərb Hərbi Dairəsi əvvəllər Rusiyanın Ukrayna, Belarus və Baltikyanı ölkələrlə sərhədini əhatə edib. Onun strateji vəzifələrinə genişmiqyaslı müharibə başlayandan sonra Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatlarına nəzarət, habelə NATO ilə mümkün qarşıdurmaya hazırlıq daxildir.

ISW izah edir ki, LVO indi NATO-nun şimal-şərq sərhədi boyunca, MVO isə Ukrayna və Polşanın şimal-şərq hissəsi boyunca hərəkət edəcək. Bu, Moskvaya eyni vaxtda NATO-ya qarşı “mövqe tutmağa” və Ukraynada hərbi əməliyyatlara komandanlıq və nəzarəti sadələşdirməyə imkan verəcək.



Ekspertlərin qeyd etdiyi kimi, Putin bildirib ki, Finlandiya 2023-cü ildə Alyansa qoşulduqdan sonra LVO-nun yaradılması vacibdir. Bununla o, Kremlin LVO-dan NATO ilə qarşıdurmada istifadə etmək niyyətini göstərib.

“MVO və LVO-nun bərpası qısa və ortamüddətli perspektivdə Rusiyanın Ukraynadakı əməliyyatları üzərində nəzarəti gücləndirmək və uzunmüddətli perspektivdə NATO-ya qarşı potensial genişmiqyaslı ənənəvi müharibəyə hazırlaşmaq kimi paralel məqsədlərə uyğundur”, - ISW-nin analitiklər əminliklə bildirirlər.

Qeyd edək ki, bir sıra avropalı siyasətçilər və hərbi rəsmilər Rusiya ilə mümkün müharibəyə hazırlaşmağın zəruriliyini bəyan ediblər. Üstəlik, Almaniyanın müdafiə naziri Boris Pistorius hətta proqnozlaşdırılan vaxt çərçivəsini də adlandırıb. Onun fikrincə, NATO-Rusiya müharibəsi 5-8 ildən sonra başlaya bilər.

Onu da xatırladaq ki, “Bild” nəşri bu yaxınlarda Qərblə Rusiya Federasiyası arasında hibrid müharibənin bu il başlaya biləcəyi gizli Bundesver sənədinə çıxış əldə edib. Bu, yüz minlərlə NATO hərbçisinin yerləşdirilməsi və 2025-ci ilin yayında qaçılmaz müharibənin başlaması ilə yekunlaşır. Rusiya tərəfi isə deyilənləri mifik adlandırır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər