13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ermənistanda Azərbaycan əsgərinə cinayət işi açılıb - Foto
Tarix: 29-02-2024 10:46 | Bölmə: Slayd
Ermənistanda Azərbaycan əsgərinə cinayət işi açılıb

Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri İstintaq Komitəsinə istinadla məlumat yayıb.

Məlumata görə, R. Pənahov Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə - sərhədi qanunsuz keçmək, silah gəzdirmək və s. ilə ittiham olunur.

Bildirilir ki, R. Pənahov müstəntiqin qərarı ilə həbs olunub. Hazırda işin detalları aydınlaşdırılır.



Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər