13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
“Üçüncü Dünya Müharibəsi artıq başlayıb” - Alim
Tarix: 29-02-2024 11:11 | Bölmə: Slayd
“Üçüncü Dünya Müharibəsi artıq başlayıb”

“2022-ci ilin fevral ayının 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ilə İkinci Soyuq Müharibə başa çatdı və Üçüncü Dünya Müharibəsi başladı. Bu, ya Rusiya-Ukrayna müharibəsi bitənə qədər davam edə, ya da başqa ölkələrə yayıla bilər”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Geosiyasət və Geostrategiya Akademiyasının müxbir üzvü, siyasi elmlər namizədi Stanislav Jelixovski deyib.

Onun sözlərinə görə, indi güclü hibrid aspekti ilə III Dünya Müharibəsi dövründəyik.

“Bunu nəzərə almaq lazımdır. Çünki görürük ki, Rusiya Federasiyası təkcə Ukrayna ilə deyil, həm də dünyanın digər ölkələri ilə qarşıdurmadadır. Həm də təkcə müəyyən silah növlərini tədarük etdiyinə görə deyil, ona görə ki, Rusiyanın hibrid hərəkətlərindən onlar da əziyyət çəkirlər”,- deyə o izah edib.

Alimin proqnozuna görə, müharibə qaynar fazada digər ölkələrə yayılmasa və Putin hakimiyyətdə qalsa, soyuq müharibənin üçüncü mərhələsi başlaya və bu, 5-8 ildən sonra Rusiya Federasiyası ilə NATO arasında toqquşmaya çevrilə bilər.

Jelixovski qeyd edib ki, Ukrayna işğalın başlanğıcına tab gətirib və dünya üçün iki il vaxt qazanıb. Yəni bununla bütün azad dünyaya, bütün Qərb sivilizasiyasına vaxt verilib.

Yeri gəlmişkən, bundan əvvəl NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer bildirib ki, nisbi sülh və sabitlik erası artıq başa çatıb. Onun fikrincə, Qərb qərargah rəhbərliyi standart hərbi planları ilə məhdudlaşmamaqla, qlobal təhlükələrə qarşı mübarizəyə bütövlükdə cəmiyyəti cəlb etməlidir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər