13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Almanlar Rusiya-NATO müharibəsinin ssenarisini hazırlayıb
Tarix: 01-03-2024 09:50 | Bölmə: Slayd
Almanlar Rusiya-NATO müharibəsinin ssenarisini hazırlayıb

Almaniya hökuməti Rusiyanın NATO-ya mümkün hücumunun əsas ssenarisini modelləşdirib və almanların mütləq döyüşməli olacağı qənaətinə gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniyanın “Bild” tabloidi yazıb.

Jurnalistlər hökumətin “Mülki müdafiə riskinin təhlili” adlı hesabatını öyrənə biliblər. Sənəddə qeyd edilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi “bütövlükdə Avropanın təhlükəsizlik vəziyyətində əsaslı dəyişikliyə” səbəb olub.

Hökumət analitikləri belə qənaətə gəliblər ki, Rusiyanın NATO ərazisinə hücumu halında Almaniyanın da burada iştirak edəcəyi “ehtimal ssenari”dir. Eyni zamanda, Rusiyanın Alyansa hücumunun ssenarisi 4 əsas mərhələni nəzərdə tutur:

Media və sosial şəbəkələrdə cəmiyyəti parçalamağa və demokratik təsisatlara inamı sarsıtmağa yönəlmiş dezinformasiya kampaniyası. Kritik infrastruktur obyektlərində - elektrik stansiyalarında, elektrik şəbəkələrində, bəndlərdə kiberhücumlar, təxribat aktları.

Rusiya qoşunlarının NATO-nun şərq sərhədlərinə toplanması, müttəfiq qoşunlarının oraya qarşılıqlı cəm edilməsi.

İlk qaçqınların meydana çıxması, kiberhücumların intensivləşməsi, təxribat aktları, o cümlədən potensial təhlükəli obyektlərdə - kimya zavodlarında, atom elektrik stansiyalarında, bəndlərdə.

Almaniya da daxil olmaqla, NATO ərazisindəki hədəflərə uzaqdan hərbi zərbələr endirilir. Klassik müharibənin başlanğıcı. Kosmik peyklərin məhv edilməsi və ya tıxanması. Rusiya Federasiyasından nüvə silahından istifadə ilə bağlı daha ciddi təhdidlər. Almaniya ərazisinə mümkün sıçrayışla rus qoşunlarının quru işğalı. Aktiv hərbi əməliyyatların kosmosa yayılması.

Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Konqresdəki çıxışında respublikaçılara xəbərdarlıq edib ki, Ukraynanın hərbi məğlubiyyəti halında Rusiya qonşuları hücumu davam etdirəcək. Onun fikrincə, Ukraynadan sonra Putin Baltikyanı ölkələrə hücum edəcək və bu, NATO ilə müharibə demək olacaq.

Ukraynalı hərbi analitik Sergey Sumlenni hesab edir ki, Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsi Ukraynadakı kimi genişmiqyaslı müharibəyə bənzəməyəcək. Əksinə, Kreml Qərbi Avropanı Baltikyanı ölkələrin birbaşa müdaxiləsindən və müdafiəsindən çəkindirmək üçün nüvə müharibəsi hədələrindən istifadə edərək hibrid təcavüzə çalışacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər