13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ultra emal olunmuş qidalar insanda 32 cür xəstəlik yaradır, ölüm riskini artırır - Xəbərdarlıq
Tarix: 01-03-2024 13:39 | Bölmə: Slayd
Ultra emal olunmuş qidalar insanda 32 cür xəstəlik yaradır, ölüm riskini artırır

“Ultra emal olunmuş qidalar” adlandırılan və adətən qablaşdırılaraq satılan məhsullar insanda 32 xəstəliyə səbəb ola bilər.

Reyting.az
-ın xəbərinə görə, Britaniya Tibb Assosiasiyasının akademik jurnalı “BMJ”də dərc edilən araşdırmada bildirilir, ultra emal olunmuş qidalar (UPF) “bədənin hər yerinə” zərərlidir.

Avstraliyalı alimlərin apardığı və 10 milyon insanı əhatə etmiş araşdırmaya görə, peçenye, tortlar və şirniyyatlar kimi UPF-lər insanda xərçəng və ürək xəstəlikləri də daxil olmaqla, 32 xəstəlik yaradır.

Həddindən artıq UPF istehlakının ölüm riskini 5-də 1 artıra biləcəyinə dair sübutlar var.

Daha çox UPF istehlakı ürək-damar xəstəlikləri və ya insultdan ölmə riskini 50 faiz artırır, həmçinin 2-ci tip diabet riskini 12 faiz və narahatlığı inkişaf etdirmə ehtimalını 48-53 faiz yüksəldir.

UPF-lərin siqaret kimi təzyiq altında olmasını vacib sayan ekspertlərin qənaətincə, bu cür qidaların istehlakını məhdudlaşdırmaq üçün dövlət siyasəti həyata keçirilməlidir.

Qeyd edək ki, UPF insanların evdə hazırlamadığı yeməklərə əlavə edilən maddələrə aiddir. Söhbət yeməklərin ömrünü uzadan kimyəvi maddələrdən, rəngləndiricilərdən, dadverici və konservantlardan gedir.

UPF-lər ümumiyyətlə, yağ, duz və şəkərdə yüksək, vitamin və lif baxımından isə aşağıdır. Buna qablaşdırılmış məhsulların əksəriyyəti, o cümlədən ərzaq mağazalarında qablaşdırılmış çörəklər, səhər yeməyi taxılları, pomidor brendi sousları və meyvə yoqurtları da aiddir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər