13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Fransa Ermənistanı təhlükəli variantı seçməyə təhrik edir - Professor
Tarix: 02-03-2024 13:38 | Bölmə: Slayd
Fransa Ermənistanı təhlükəli variantı seçməyə təhrik edir

"Fransa təbii ki, Ukraynaya əsgər göndərən deyil, uzağı 5-6 adam göndərə bilər".

Reyting.az
xəbər verir ki, bunu professor Xaləddin İbrahimli Fransa prezidenti Emmanuel Makronun Avropa ölkələrinin Ukraynaya hərbi kontingent göndərməsi ideyasını şərh edərkən deyib.

Professor əmindir ki, Fransanın əsas dərdi burnunu Ermənistana soxmaq, İranın qonşuluğuna gəlməkdir.

X. İbrahimlinin fikrincə, bu səbəbdən də Fransa Ermənistanı gizli şəkildə iki yöndə fəaliyyətə təhrik edir:

"Birincisi, Azərbaycanla sülhə getməmək, mövcud gərginliyi qoruyub saxlamaq.

İkincisi, Rusyanın əl-ayağını bölgədən yığışdırmaq".

Professor əlavə edib ki, indi ən maraqlısı ABŞ, İngiltərə və Almaniyanın Fransanın bu davranışına nece refleks verəcəyidir:

“İnanmıram ki, onlar Fransanın İranla qonşu olmasına göz yumsunlar".

E. KAMAL




Bölməyə aid digər xəbərlər