13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Günəş planetləri udacaq
Tarix: 04-03-2024 09:03 | Bölmə: Slayd
Günəş planetləri udacaq

Günəşdə hidrogen tükəndikdə o, nəhəng qırmızı topa çevriləcək və 100 dəfə böyüyərək ətrafındakı planetləri udacaq.

Reyting.az
“Daily Mail” qəzetinə istinadla bildirir ki, Qrinviç Kral Rəsədxanasının baş astronomu Edvard Blumer bu mövzuda araşdırma hazırladıqlarını deyib.

Blumer bildirib ki, əgər əvvəllər heç bir sürpriz olmasa, Günəşin qırmızı nəhəng mərhələyə çatmasına hələ 5 milyard il var. Onun fikrincə, Günəş, bütün ulduzlar kimi, cazibə qüvvəsi altında helium atomlarını parçalayan nəhəng nüvə sobasıdır: “Qravitasiya Günəş sistemindəki 8 planeti və saysız-hesabsız obyektləri orbitdə saxlayan qüvvədir”.

Mütəxəssis qeyd edib ki, sistemin sonu Günəşin nüvəsindəki hidrogenin tükənməsi ilə baş verəcək:

“Hidrogen tükəndikdə, nüvə öz cazibə qüvvəsinin təsiri altında çökməyə başlayacaq. Hazırda diametri 1,4 milyon kilometr olan Günəş də qızararaq nəhəng topa çevriləcək. O, indiki ölçüsündən 100 dəfə çox şişəcək və diametri 300 milyon kilometrə çatacaq. Bu arada, ən daxili planetlər (Merkuri, Venera) Günəşə çəkiləcək və yox olacaq”.

Blumer əlavə edib ki, Günəşdən 148,22 milyon km uzaqlıqda olan Yer kürəsi tam olaraq Günəşə çəkilməsə belə, planetimizdə həyat qalmayacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər