13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya və Çin nüvə silahlarının sayına görə ABŞ-ı keçə bilər - Xəbərdarlıq
Tarix: 04-03-2024 10:11 | Bölmə: Slayd
Rusiya və Çin nüvə silahlarının sayına görə ABŞ-ı keçə bilər

ABŞ Strateji Komandanlığının komandanı, general Entoni Kotton bildirib ki, yaxın 10 il ərzində Rusiya və Çin nüvə silahlarının sayına görə ABŞ-ı keçə bilər.

Reyting.az
-ın məlumatına görə, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində general izah edib ki, Rusiya Federasiyası və Çində nüvə silahlarının “heyrətləndirici dərəcədə sürətli” inkişafı nəzərə alınsa, 2035-ci ilə qədər onların döyüş başlıqlarının ümumi sayı Amerika ehtiyatlarından çox olacaq.

Generalın fikrincə, Çin quruda yerləşən nüvə silahlarında da ABŞ-la paritetə nail ola bilər.

Komandanın sözlərinə görə, KXDR və İranın bu sahədə səyləri və ambisiyaları ABŞ-ın strateji hesablamalarına yeni mürəkkəblik ölçüsü əlavə edir. Bu səbəblərdən də general Kotton Amerika nüvə silahı sistemlərinin sürətli modernləşdirilməsini zəruri sayır.

Kotton əlavə edib ki, ABŞ-ın strateji nüvə qüvvələri bu gün döyüşməyə hazırdır.

Xatırladaq ki, 2023-cü ilin fevral ayının 21-də Rusiya parlamentində çıxışı zamanı prezident Vladimir Putin Rusiyanın strateji nüvə silahları müqaviləsində iştirakını dayandırmaq qərarını açıqlayıb. Bu müqavilə nüvə silahının istehsalına məhdudiyyətləri nəzərdə tutur, ABŞ və Rusiyanın nüvə arsenallarının qarşılıqlı təftiş mexanizmini tətbiq edirdi.

Daha sonra ABŞ Dövlət Departamenti bəyan edib ki, ABŞ nüvə arsenalını artırmağı planlaşdırmır.

Onu da qeyd edək ki, qlobal nüvə müharibəsi riski fonunda Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş dünya ölkələrini “məhvedici qurğular”ın - nüvə silahlarının tarix kitablarından birdəfəlik silinməsi üçün birgə fəaliyyət göstərməyə çağırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər