13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
NATO qoşunlarının səfərbər olunması Rusiyada narahatlıq yaradıb
Tarix: 04-03-2024 13:53 | Bölmə: Slayd
NATO qoşunlarının səfərbər olunması Rusiyada narahatlıq yaradıb

Bazar ertəsi NATO yeni genişləndirilmiş ərazisini müdafiə etmək üçün təlimlərə başlayıb. Finlandiya, Norveç və İsveçin şimal bölgələrində keçirilən təlimlərdə 13 ölkədən 20 mindən çox əsgər iştirak edir.

Reyting.az
bildirir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Finlandiya ordusundan verilən məlumata görə, Norveçin rəhbərlik etdiyi “Nordic Response 2024” təlimində 4000-dən çox fin əsgəri iştirak edir və bu, NATO tarixində xaricdəki təlimlərdə yeni gələn ölkənin ən böyük iştirakıdır.

Müdafiə Qüvvələrinin bəyanatında deyilir ki, Finlandiya NATO üzvü kimi ilk dəfə Alyansın regionları üçün kollektiv müdafiə təlimində iştirak edir.

Bu il təlimlərə bərabər şəkildə Finlandiya, Norveç və İsveç ev sahibliyi edir.

Martın 15-dək davam edəcək təlimdə Belçika, Böyük Britaniya, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç və ABŞ-ın iştirak etdiyi bildirilir.

Norveç ordusu bəyan edib ki, qoşunların təxminən yarısı quruda təlim keçəcək:

“Qalanları dənizdə, 50-dən çox sualtı qayıq, freqatlar, korvetlər, təyyarədaşıyanlar və müxtəlif desant gəmiləri, havada isə 100-dən çox döyüş təyyarəsi, nəqliyyat təyyarələri, dəniz müşahidə təyyarələri və helikopterlərin iştirakı ilə məşq edəcəklər”.

Norveç hərbçilərinin bildirdiyinə görə, birgə təlimdə Skandinaviya regionunun müdafiəsi diqqət mərkəzində olacaq.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib ki, ölkəsi NATO-nun Rusiya sərhədləri yaxınlığında keçirilən “Nordic Response 24” təlimini izləyir.

“Hərbi nəzarət edir, bunun üçün bütün lazımi vasitələr var. Bizim siyasi mövqeyimiz hamıya məlumdur: biz bu təlimlərin nümayişkaranə və təxribat xarakterli olduğuna inanırıq”, - deyə Qruşko əlavə edib.

Nazir müavini həmçinin NATO təlimlərinin “hərbi insident riskini artırdığını” vurğulayıb və əlavə edib ki, Moskva müdafiə qabiliyyətinin təmin edilməsi baxımından bütün lazımi tədbirləri görür.

E. KAMAL




Bölməyə aid digər xəbərlər