13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Prokurorluq keçmiş deputatın əməllərini araşdıracaq - Fotolar
Tarix: 04-03-2024 17:47 | Bölmə: Slayd
Prokurorluq keçmiş deputatın əməllərini araşdıracaq
Əsabil Qasımov

Milli Məclisin keçmiş deputatı, iş adamı Əsabil Qasımovdan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə şikayət ediblər.

Reyting.az
xəbər verir ki, şikayətçi politoloq Elçin Mirzəbəylidir.

E. Mirzəbəylinin şikayətinə səbəb Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 134 ünvanında yerləşən, ailə üzvlərinin və doğmalarının payçı olduğu evin qeyri-qanuni sökülməsidir. Bu “əməli” Ə. Qasımova məxsus "Pilot-16" tikinti şirkəti törədib.

Şikayətçi baş prokurordan mülkiyyət hüquqlarının qorunmasına yardım göstərməyi xahiş edir.

E. Mirzəbəyli dağıdılmış evin fotolarını da müraciətinə əlavə edib:






Bölməyə aid digər xəbərlər