13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Avropada su ehtiyatları azala, Asiyada içməli su problemi yarana bilər
Tarix: 07-03-2024 15:37 | Bölmə: Slayd
Avropada su ehtiyatları azala, Asiyada içməli su problemi yarana bilər

İqlim dəyişikliyi Avropanın cənubunda su ehtiyatlarının azalmasına səbəb ola bilər.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının A.M.Obuxov adına Atmosfer Fizikası İnstitutunun direktor müavini, klimatoloq Aleksandr Çernokulski Lenta.ru-nun əməkdaşı ilə söhbətində deyib.

O, buna səbəb kimi bölgədə yağıntıların azalmasını göstərib.

Klimotoloq bildirib ki, cənubda yağıntının miqdarı azala, şimalda isə arta bilər. “Göründüyü kimi, alimlər bununla bağlı su ehtiyatlarının azalmasının kritik olacağını hesablayıblar. Xüsusilə İspaniya, Portuqaliya və Yunanıstanda problemlər gözlənilir. 2022-ci ildə Fransada çayların necə dayazlaşdığını da xatırlayırıq, buna görə də biz atom elektrik stansiyalarında hasilatı azaltmalı olduq”, - deyə Çernokulski xatırladıb.

Mütəxəssis əlavə edib ki, vəziyyətin kritikləşəcəyi ili dəqiq söyləmək mümkün deyil. Bununla belə, onun fikrincə, Avropanın cənubunda su ehtiyatları ilə bağlı vəziyyət getdikcə daha da pisləşəcək.

“Rusiyada və Avropa ərazisinin cənubunda da yağıntıların azalma ehtimalı var. Bu, kənd təsərrüfatı üçün ciddi problem yarada bilər”, - deyən klimatoloqun fikrincə, suyun olmaması səbəbindən quraqlığa davamlı məhsullar becərilməlidir.

Çernokulski çayların qidalanmasında hələlik problem görməsə də, Mərkəzi Asiya ölkələrində içməli su ilə bağlı çətinliklərin başlaya biləcəyini düşünür.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər