13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Hollivud ulduzları böyük təhlükəyə qarşı səfərbər olunub - Çağırış
Tarix: 07-03-2024 20:06 | Bölmə: Slayd
Hollivud ulduzları böyük təhlükəyə qarşı səfərbər olunub

“Nüvə silahlarını tarixə salın", - deyən Hollivud ulduzları Oskar mükafatının təqdimatı zamanı "Oppenheimer" bədii filminin gözlənilən zəfəri öncəsi açıq məktub imzalayıblar.

Reyting.a
z xəbər verir ki, C. Robert Oppenheimerin nəvəsi Çarlz da daxil olmaqla, amerikalı bir neçə məşhur kino aktyoru "Oppenheimer"-in Oskara təxmin edilən zəfərinə günlər qalmış nüvə silahsızlaşdırılmasına çağırış ediblər.

Emma Tompson, Julian Mur və başqaları "Make Nukes History" təşəbbüsünün bir hissəsi olaraq bu açıq məktub imzalamaqla nüvə tərksilahının təbliğatı kompaniyasına qoşulublar.

ABŞ-nin L.A. Times qəzetində dərc olunan məktubda deyilir:

"Sənətçilər və fəallar olaraq biz səsimizi ucaltmaq, insanlara xatırlatmaq istəyirik ki, Oppenheimer tarixdir, lakin nüvə silahları belə deyil. Böyük qeyri-müəyyənlik dövründə, hətta bir nüvə silahı - quruda, su altında, havada və ya kosmosda olsa belə - bir çox nüvə silahıdır. Biz ailələrimizi, icmalarımızı və dünyamızı qorumaq üçün dünya liderlərindən tələb etməliyik ki, nüvə silahı tarixə çevrilsin və parlaq gələcək qurulsun”.



Məktubu "Oppenheimer" filmində iştirak edən aktyorlar, yaradıcı heyət və aktyor Metyu Modine ilə Toni Qoldvin, eləcə də geyim dizayneri Ellen Mirojnik, həmçinin C.Robert Oppenheimerin nəvəsi Çarlz da imzalayıblar. Bununla bağlı aktyor Metyu Modine açıqlama verərək belə söyləyib:

"Hər kəs nüvə silahının inanılmaz dağıdıcı gücündən xəbərdar olmalıdır. Təhdidi dərk etmək, onu aradan qaldırmaq üçün lazımi yolu işıqlandırmaq gərəkdir".

Maykl Duqlas, Ellen Borstin, Ceyn Fonda, Kristof Vals, Lili Tomlin, Alan Kamminq, Enni Lennoks, Bill Niqi, Rosanna Arket və Viqqo Mortensen kimi məşhurlar da bu məktubu imzalayanlar sırasındadırlar.

Qeyd edək ki, məktub "Oppenheimer"in bu bazar günü Oskarda gözlənilən uğurundan əvvəl imzalanıb. Nüvə Təhdidi Təşəbbüsü qrupu tərəfindən başladılan kampaniyada Los-Ancelesdə "Oppenheimer başladı, biz dayandıra bilərik",- yazılan 1000-ə yaxın işarə təqdim ediləcək. Bununla bərabər eyni vaxtda Bilbord kampaniyası da aparılır.

Nüvə Təhdidi Təşəbbüsünün baş direktoru və ABŞ-ın keçmiş energetika naziri Ernest Moniz də maraqlı açıqlama verib. O deyib: "Robert Oppenheimer getdikcə daha güclü silahların yaradılmasına qarşı xəbərdarlıq edib və bunun ardınca təhlükəli silahlanma yarışının olacağını proqnozlaşdırıb. O, haqlı idi. Bu gün doqquz ölkədə 13 min nüvə silahı var, yeni silahlanma yarışı isə davam edir. Yenidən nüvə silahı təhlükəsi yaranıb. Biz böyük geosiyasi çağırışlarla üzləşirik - lakin bizi uçurumdan geri qaytarmaq üçün siyasi iradə lazımdır. Və həmin siyasi iradə insanların tələbi zamanı ortaya çıxır”.

Xatırladaq ki, Oskar mərasimi 2024-cü ilin 10 martında keçiriləcək.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər