13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiyada terror təhlükəsi: ABŞ-dan sonra daha 6 ölkə vətəndaşlarını xəbərdar edib
Tarix: 09-03-2024 09:53 | Bölmə: Slayd
Rusiyada terror təhlükəsi: ABŞ-dan sonra daha 6 ölkə vətəndaşlarını xəbərdar edib

Latviya, Cənubi Koreya, İsveç, Kanada, Almaniya və Çexiya ABŞ-nin yaxın 48 saat ərzində Rusiya Federasiyası ərazisində mümkün terror aktları təhlükəsi ilə bağlı xəbərdarlığına qoşulub.

Reyting.az
xəbər verir ki, adıçəkilən ölkələrin hakimiyyət orqanları ABŞ səfirliyinin yaxın iki gün ərzində Rusiyada terror aktları təhlükəsi ilə bağlı xəbərdarlığını ciddi məsələ hesab edirlər.

Latviya Xarici İşlər Nazirliyi ABŞ səfirliyinin məlumatlarına istinadla öz vətəndaşlarını diqqətli olmağa, 48 saat ərzində Moskvada kütləvi yerlərdə olmaqdan çəkinməyə çağırıb.

Nazirlik Latviya vətəndaşlarını “Beynəlxalq təhlükəsizlik sahəsində gərgin vəziyyət” səbəbindən Rusiya ərazisini tərk etməyə səsləyib.

Kanada hakimiyyəti isə öz vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. Kanada hökuməti ABŞ-nin Moskvadakı səfirliyinin terror aktı təhlükəsi xəbərdarlığına məsuliyyətli yanaşmağa çağırıb.

Oxşar xəbərdarlığı Rusiyanın paytaxtında yerləşən Cənubi Koreya səfirliyi də edib. Cənubi Koreya səfirliyi vətəndaşlarını terror təhlükəsi ilə bağlı xəbərdarlığa ciddi yanaşmağa çağırır. Bu ölkənin Rusiyadakı səfirliyi öz vətəndaşlarını insanların sıx toplaşdığı yerlərdə qəzaların yüksək ehtimalı barədə xəbərdar edib.

ABŞ-nin Rusiyada terror xəbərdarlığına biganə qalmayan növbəti ölkə İsveçdir. İsveçin səfirlik və konsulluqlarının saytında xəbərdarlıq yerləşdirilib. Bu ölkə öz vətəndaşlarını terror aktından qorunmaq məqsədilə durumu nəzərə almağı və tövsiyələrə əməl etməyə çağırıb. İsveç tərəfi bu xəbərdarlığı “Regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi” ilə əsaslandırıb və öz vətəndaşlarını Rusiyaya getməməyə çağırıb.

Çexiyanın Rusiyadakı səfirliyi də öz vətəndaşlarını xəbərdar edib. Çexiya səfirliyinin ölkə vətəndaşlarına ünvanladığı müraciətdə vəziyyətin təhlükəli olduğu bildirilir. Çexiya Respublikasının diplomatik nümayəndəlikləri “Rusiya Federasiyasının böyük şəhərlərində ekstremist qrupların mümkün hücumları ilə bağlı məlumatlara" diqqətlə yanaşmağı və çexiyalıları insanların çox olduğu yerlərdən çəkinməyə çağırıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər