13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Boris Conson Venesuelaya gizli səfər edib
Tarix: 10-03-2024 23:40 | Bölmə: Slayd
Boris Conson Venesuelaya gizli səfər edib

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson gizli şəkildə Venesuelaya səfər edib. Səfərdə məqsəd Venesuela prezidenti, Rusiya lideri Putinin dostu Nikolas Maduro ilə danışıqlar aparmaq olub. Onların görüşü Karakasda baş tutub.

Reyting.az
-ın xəbərinə görə, Britaniyanın “The Times” qəzeti mənbələrinə istinadla bildirir ki, Conson və Maduro Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

Conson ailəsi ilə birlikdə istirahət etdiyi Dominikan Respublikasından şəxsi təyyarəsi ilə Karakasa gəlib. O, Venesuelada 24 saatdan az qalıb.

Məlumata görə, Conson Maduro ilə Rusiyanın Ukraynaya müdaxiləsini və Venesueladan Rusiyaya mümkün silah və digər hərbi texnika tədarükü barədə məlumatları müzakirə edib. Bundan əlavə, tərəflər Venesuela ilə Böyük Britaniya arasında münasibətlərin normallaşdırılmasından da danışıblar.

Consonun sözçüsü səfərin gerçəkləşdiyini təsdiqləyib. Danışıqların “Xarici, Birlik və İnkişaf Ofisinin (FCDO) fəal dəstəyi və Xarici işlər nazirinin məlumatı ilə” baş tutduğu iddia edilir.

Xatırladaq ki, N. Maduro beynəlxalq təcrid və ABŞ sanksiyaları altındadır. Venesuela lideri seçkilərin nəticələrini saxtalaşdırmaqda, eləcə də neft sərvətinə baxmayaraq ölkəni yoxsulluğa sürükləməkdə ittiham olunur. Rusiya isə Maduro rejimi ilə loyal münasibətlər qurur. O, Putinin dostu hesab olunur. Maduro özü dəfələrlə Rusiyanı dəstəklədiyini bildirib və ABŞ-ı Ukraynaya müdaxilədə ittiham edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər