13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiyanın nüvə silahından istifadəsinə qarşı cavab ssenariləri hazırlanıb
Tarix: 11-03-2024 00:42 | Bölmə: Slayd
Rusiyanın nüvə silahından istifadəsinə qarşı cavab ssenariləri hazırlanıb

ABŞ Rusiyanın Ukraynaya nüvə zərbəsi ehtimalına qarşı cavab hazırlayıb və əks-zərbə simmetrik olmayacaq.

Reyting.az
xəbər verir ki, bu barədə “Nev York Times” (NYT) nəşri yazıb.

Nəşrin məlumatına görə, Rusiyanın mümkün nüvə hücumu ilə bağlı ən böyük narahatlıq 2022-ci ilin oktyabrında olub. O zaman Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyini demişdi.

NYT bildirir ki, 2022-ci ilin oktyabr ayında Rusiyanın Ukraynaya nüvə hücumu təhlükəsi ilə bağlı bir neçə həftə ərzində Ağ evdə böyük narahatlıqlar olub. ABŞ prezidenti Co Bayden administrasiyası Kremlin Ukraynada taktiki nüvə silahından mümkün istifadəsindən ehtiyat edib. Hətta Ağ evdə narahatlıq o qədər böyük olub ki, əməliyyat qrupları bu addıma reaksiya üçün ssenarilər də hazırlayıblar. Bayden hesab edib ki, cavab “qeyri-nüvə”, lakin güclü olmalıdır, ehtimal ki, “nüvə silahını işə salan bölmələrə adi hücum” həyata keçirilməsi nəzərdə tutulurmuş.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Putin dəfələrlə Ukraynanı və Qərbi nüvə silahından istifadə etməklə hədələyib. Eyni zamanda, Kremlin qərarı ilə Rusiya Federasiyası nüvə silahlarının müəyyən hissəsi Belarusa köçürüb. Bundan əvvəl dünya mediası 2022-ci ilin sonunda Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməyə hazırlaşdığını yazıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər