13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Sabiq baş nazir: “Azərbaycan Ermənistanı blokadaya sala bilər”
Tarix: 11-03-2024 16:53 | Bölmə: Slayd
Sabiq baş nazir: “Azərbaycan Ermənistanı blokadaya sala bilər”

“Qafan şəhəri əslində yoxdur və hər an elan edə bilərlər ki, şəhərə giriş bağlanıb. Bu, Mehri və Qacarana da girişin bağlanmasına səbəb olacaq”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri, “Birgə” hərəkatının üzvü Qrant Baqratyan deyib.

Sabiq baş nazir qeyd edib ki, Qafan şəhər aeroportu azərbaycanlıların radarındadır. Yəni Ermənistan Qarabağ məsələsində olduğu kimi, tam blokada vəziyyətinə düşə bilər.

Q. Baqratyan bildirib ki, Ermənistan bu gün Bakının tələb etdiyi kəndləri təhvil verərsə, ölkənin Gürcüstan və İranla əlaqəsi kəsiləcək.

Onun qiymətləndirməsində Qərb Ermənistanın yox, Rusiyanın düşmənidir. “Eyni zamanda, Qərb Ermənistanın maraqlarına əhəmiyyət vermədiyini bildirir. Bəli, Qərbdə strateji əlaqələrimiz olan dost ölkələr var, amma ümumi tendensiya dəyişir. Ermənistanla Rusiya arasında maraqlar üst-üstə düşən kimi Qərb İrəvanı Rusiyanın əleyhinə getməyə çağırır. Moskva bunu etmir, yalnız razılaşmalara əməl etməyə çağırır. Qərb isə bir vaxtlar Ermənistan ərazisindən neft kəməri çəkməkdən imtina edib, bu, İrəvanla Bakının mövqelərini yaxınlaşdıra bilərdi, amma kəməri Gürcüstan ərazisindən çəkib, marşrutu 300 km uzadıb”, - deyə müxalifətçi qeyd edib.

O, əmindir ki, “Birgə” hərəkatı Qərbə qarşı yox, Ermənistanın suveren hüquqları uğrunda mübarizə aparır və uğur xalqın fəallığından asılıdır, Qərbin münasibətini isə bu fəallıq dəyişəcək. “Keyfiyyəti çox vaxt yoxlanılmayan erməni malları əsasən Rusiyaya ixrac olunur. Amma İrəvan NATO ilə hərbi əməkdaşlığı davam etdirsə, o zaman Rusiya erməni mallarında problemlər aşkarlamağa başlayacaq. Əsas ticarət tərəfdaşı ixrac istiqamətlərinin 50 faiz payına malik Rusiyadır, ona görə də diversifikasiyadan söhbət gedə bilməz. Ermənistanda iqtisadi əlaqələrin şaxələndirilməsi əlaməti yoxdur. Üstəlik, Ermənistan heç vaxt Aİ və NATO-nun üzvü olmayacaq”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər