13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
ABŞ müttəfiqlərinə milyardlar xərcləmək istəyir
Tarix: 12-03-2024 10:55 | Bölmə: Slayd
ABŞ müttəfiqlərinə milyardlar xərcləmək istəyir

Bayden administrasiyası Ukraynaya yardım istisna olmaqla 850 milyard dollarlıq büdcə təklifini açıqlayıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən mətbuata yenicə təqdim edilən və 2024-cü ilin oktyabr ayının 1-dən başlayacaq, 2025-ci ilin maliyyəsini nəzərdə tutan büdcə təkliflərinin bəndləri məlum olub.

Sənədə görə, müdafiə xərcləri cari maliyyə ilindən 4,1 faiz və ya 34 milyard dollar artaraq tələbəta uyğun olaraq 850 milyard dollara çatacaq.

Təqdim edilən 188 səhifəlik büdcə təklifində alyansdakı NATO müttəfiqlərinə və “digər Avropa tərəfdaşlarına” ayrılması nəzərdə tutulan yardım xərcləri də daxildir.

Bununla belə, ABŞ Konqresi 2023-cü ilin oktyabrında Ağ evin əlavə maliyyələşdirmə tələbini təsdiq etmədiyi üçün çox aktual olan “Ukraynaya kritik dəstək” məsələsinə toxunulmur.

Sənəddə yer alan müddəalarda konkret təklifləri təsbit edən bəndlər yer alıb.

Sənəddə deyilir ki, “Maliyyələşdirmənin prioriteti ABŞ-ın müttəfiqlərinin, eləcə də tərəfdaş qüvvələrinin Rusiyanın davam edən təcavüzü qarşısında potensialını və hazırlığını artırmaqdır”.

Ümumilikdə büdcə layihəsində müdafiə xərclərinin 23 maddəsi var. Bu sənəddə daha bir bənd isə Hind, Sakit okeanı regionunda, həmçinin bütün dünyada hərtərəfli rəqabətdən mümkün olduğu qədər çəkindirməkdən bəhs edir.

Sənəddə xüsusi vurğulanır ki, ABŞ-ın milli müdafiəsi üçün əsas prioritet sahələrdən biri də Çindir. ABŞ-ın maraqlarını və ümumi maraqları qorumaq üçün Böyük Britaniya, Avstraliya ilə birlikdə yaradılmış müdafiə ittifaqı AUKUS təşkilatı çərçivəsində ABŞ-ın öhdəliklərinin yerinə yetirilməsi də sənəddə öz əksini tapıb.

Sözügedən sənəddə deyilir ki, Hind-Sakit okean regionu daxil olmaqla, təhlükəli və davamlı təhdidlərə qarşı mübarizə (burada Çin, Rusiya, Şimali Koreya, İran və “zorakı ekstremist təşkilatlar” nəzərdə tutulur) və nüvə silahının qarşısının alınmasını nəzərdə tutan vasitələrin modernləşdirilməsi birgə həyata keçirilməlidir.

Sənəddə sualtı hücum qayıqlarının tikintisi və texniki xidməti, kiber təhlükəsizlik, hərbi maaşların artırılması, həm də hərbçi ailələri qarşısında öhdəliklərin yerinə yetirilməsi, ABŞ ordusunun döyüş hazırlığının təmin edilməsi, aviasiya gücünü artırmaqla ABŞ Hərbi Dəniz Qüvvələrinin müasir silahlarla təchiz edib modernləşdirilməsi təklifləri də var.

Sənədə görə, çox ehtimal ki, ABŞ “təxminən 200 ölkədə” çətinliklərlə üzləşməyi planlaşdırır. 2025-ci maliyyə ili büdcə təklifi ölkəyə milli təhlükəsizliyi gücləndirməyə, Çindən üstün olmağa, Rusiyanı cilovlamağa, artıq “uzun müddətdir davam edən ittifaqları, həm də tərəfdaşlıqları canlandırmağa” geniş imkan verməlidir.

Təkliflər sənədində o da qeyd olunur ki, bu sənəd büdcə administrasiyanın 2023-cü ilin oktyabrında irəli sürdüyü həmin əlavə tələblərə əsaslanır və Rusiyanın Avropada, Avrasiya ilə Mərkəzi Asiyadakı apardığı çox təhlükəli təcavüzünə qarşı dirənişi nəzərdə tutur. Bayden administrasiyasına görə, bu mübarizə üçün təxminən 1,5 milyard dollar vəsait ayırmaq lazımdır.

Həmçinin o da qeyd olunur ki, bu məbləğə regionda Amerika avadanlığının alınmasını təmin edə bilən, 300 milyon dollardan çox xərc tələb edən maliyyə ilə yanaşı mübariz Ukraynanın Rusiyaya qarşı savaşına yardım üçün ayrılacaq 482 milyon dollarlıq vəsait da daxildir.

ABŞ Konqresi isə hələ də 2024-cü il büdcə layihəsi ilə bağlı konkret razılığa gələ bilmir. Müzakirələr 2023-cü ilin sentyabr ayından davam edir.

Tərəddüd içində olan ABŞ konqresmenləri dəfələrlə palata iclaslarında və ya müzakirə zallarında buna bənzər bir çox sənədlərlə tanış olublar. Amerikalı konqresmenlər həm də əvvəllər dövlət qurumlarının müvəqqəti maliyyələşdirilməsi ilə bağlı bir çox qanun layihələrini qəbul ediblər.

Hazırda iki əsas mübahisə predmeti də var ki, həmin məsələlər, öncə müharibə edən Ukraynaya ayrılacaq yardımın dəyəri, eləcə də ABŞ-ın Meksika ilə sərhədində nəzarət məqsədilə ayrılacaq maliyyələşdirmə ABŞ prezidenti Co Baydenin təklif etdiyi böyük sənədin qəbuluna, həmçinin də müdafiə məqsədi ilə öz müttəfiqlərinə milyardlarla dollar xərcləmək istəyən Ağ evin planlarına mane olur.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər