13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiyada kütləvi həbslər başlayıb
Tarix: 12-03-2024 16:12 | Bölmə: Slayd
Rusiyada kütləvi həbslər başlayıb

Putin iqtidarı bu ay Rusiyada keçiriləcək prezident seçkilərinə təbliğata start verməklə yanaşı ölkədə həbslərə də başlayıb.

Reyting.az
-ın xəbərinə görə, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Nijni Novqorod və Ulyanovsk şəhərlərində rəssamların, ictimai-siyasi fəalların, müstəqil nəşr təmsilçilərinin, eləcə də insan hüquqları müdafiəçilərinin dəstək verdiyi, əməkdaşlıq etdiyi "Şəbəkə Azadlıqları" adı ilə tanınmış lahiyə üzvlərinin axtarışına və həbsinə qərar verilib.

Bəzi hüquq müdafiəçiləri bildiriblər ki, Moskva şəhərinin Lefortovo Məhkəməsi bir neçə şəxsin evində, iş yerində və ofisində axtarış aparılmasına icazə verib. Məlumata görə, həmin şəxslər dövlətə xəyanətdə ittiham olunurlar.

Mart ayının 12-si səhər saatlarında məlum olub ki, "FSB" əməkdaşları xəbərdarlıq etmədən rəssam Katrin Nenaşevanın və sənətçinin rəfiqəsi Nataşa Çetverionun Sankt-Peterburqda yerləşən mənzilinə gəliblər. Qızlar öncə müqavimət göstərib, hadisə yerinə vəkilin gəlməsini tələb edərək, mənzilin qapısını açmaq istəməyiblər. Lakin tezliklə Nenşevanın və Çetverionun mənzilində axtarış aparıldığı barədə xəbərlər yayılıb.

Adları çəkilən hər iki şəxsin evində əməliyyat keçirən "FSB" əməkdaşları onlara qanuni axtarış haqqında əmri oxumaqdan imtina ediblər.

Mənbələr bildirir ki, axtarışdan sonra rəssam Katrin Nenaşeva dövlət nömrə nişanı olmayan avtomobildə dindirilmək üçün aparılıb. Hələ həbs edilməyən Nataşa Çetverio isə deyib ki, o, Nenaşevanın vətənə xəyanət işində şahid sayılır.

“Network Freedoms”un məlumatına görə, keçirilən silsilə axtarışlar Sankt-Peterburq şəhərində, “Yav” bədii qrupunun üzvləri və rəssam Saşa Blotun evlərində də aparılır.

Moskvanın təhlükəsizlik qüvvələri axtarışın dairəsini daha da genişləndiriblər. Rusiyada siyasi nifrətə əsaslanan, yəni "vandalizm"-ə görə bu ittihamla az öncə ölkəni tərk edən, Rusiya Federasiyası qanunları ilə Cinayət Məcəlləsinin 214-cü maddəsinə əsasən müqəssir bilinən, əsl adı Filipp Kozlov olan rəssam Filippensonun "İzrossilovanie" adlı küçə sənəti ilə məşğul olan tanışının evinə soxulan naməlum şəxslər izahat vermədən onu da mənzilindən aparıblar.

Qeyd edək ki, Filipp Kozlovun da rəssam dostu federal axtarışa verilmişdi.

Bu arada Vladimir Putinin həmşəhərliləri, yəni Sankt-Peterburqda yarıgizli fəaliyyət göstərən “Ölülər Partiyası” məlumat yayıb. Bildirilir ki, Sankt-Peterburqda keçirilən irimiqyaslı axtarışdan sonra onların üzvlərindən birini, Kristina Bubentsovanı da dindirilmək üçün aparıblar. Kristina Bubentsovanın hal-hazırda harada olduğu bəlli deyil.

Yekaterinburq şəhərində keçirilən xüsusi təhlükəsizlik tədbirlərindən, axtarışlardan sonra rəssam İlya Mozqini də heç bir izah və açıqlama vermədən dindirilmək üçün "FSB" aparıb.

Daha bir axtarış dalğası Rusiyanın Ulyanovsk şəhərində başlayıb. Ulyanovskda rəssam Yeqor Xoltov qəfildən saxlanılıb. Başqa şəxslərin saxlanıldığı da deyilir.

Onun həmkarları, digər iki rusiyalı rəssam Artyom Filatovu və rəssam Andrey Olenevi isə xüsusi xidmət orqanları Nijni Novqorod şəhərində həbs ediblər.

Rusiyada azad düşüncəyə sahib, müstəqil fikirli rəssamların repressiyası Samarada da davam edib. Samara şəhərində çox sevilən rəssam Denis Mustafinin daim qeydiyyatda olduğu yerdə ikinci dəfə axtarış aparılıb. Rəssam həbs olunmasa da narahatdır və o "OVD-İnfo" saytına bildirib ki, hazırda kompüteri müsadirə olunsa da, anası yenə həmin evdə yaşayır. Bəzi ehtimallara görə, azadlıqda olan rəssam Denis Mustafini hələ də izləyirlər.

Putinin Ukrayna siyasətinə etiraz edərək bəzi üzvlərinin Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşdüyü söylənilən məhşur "Pussy Riot" birliyinin fəallarından olan Marqarita Konovalovanın (onu Rita Flores kimi də tanıyırlar), Olqa Kuraçevanın, eləcə də siyasi fəal Olqa Paxtusovanın evlərində də qanunsuz axtarışlar aparılıb. Olqa Kuraçeva xüsusi xidmət əməkdaşları tərəfindən dindirilmək üçün aparılıb.

Qanunsuz axtarışlara, həbslərə və bir çox şəxslərin oğurlanaraq dindirilməsinə rəsmi şərh verilməsə də, adıçəkilməyən dövlət nümayəndələrindən biri bunu prezident seçkiləri öncəsi "Rusiyada xarici agentlərin təmizlənməsi" kimi qiymətləndirib.

Xatırladaq ki, “Şəbəkə Azadlıqları” qrupun digər üzvü, eləcə də “Mediazona” nəşrinin keçmiş naşiri olmuş, Vladimir Putinin şəxsi düşmənləri siyahısında adı olduğu iddia edilən Pyotr Verzilovun anası Yelenanın da axtarışı barədə xəbərlər yayılıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər