Dəhşətli statistika: dünyadakı narkomanların təxmini sayı açıqlanıb
Tarix: 14-03-2024 23:47 | Bölmə: Slayd
Dəhşətli statistika: dünyadakı narkomanların təxmini sayı açıqlanıb

Dünyada təxminən 300 milyon insan narkotikdən istifadə edir. Bunlardan 39 milyon nəfərin narkotik maddə istifadəsi səbəbindən sağlamlıqla bağlı müxtəlif problemlərdən əziyyət çəkdiyi təxmin olunur.

Reyting.az
xəbər verir ki, bunu BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) rəhbəri Qada Fəthi Vali deyib.

Onun sözlərinə görə, sintetik və bitki mənşəli narkotik vasitələrin ticarəti ilk növbədə onlayn platformalarda həyata keçirilir.

BMT nümayəndəsi bildirib ki, narkotiklə bağlı problem hər zamankından daha mürəkkəbdir və xüsusilə sintetik narkotiklərin bazarda artan payı həm daha ucuz, həm də öldürücü maddələrə əlçatanlığı asanlaşdırır.

Sintetik narkotiklərin artmasının bitki mənşəli maddələrdən istifadəni azaltmadığına diqqət çəkən Vali deyib ki, son illərdə hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən kokainin miqdarı bu vəziyyəti daha nəzərəçarpan edib.

Məlumata görə, Avropada bu növ maddələrin istifadəsində Belçika və Hollandiyanın Rotterdam şəhərləri seçilir.

Vali qeyd edib ki, bu maddələrin istehsalı və ticarətində yeni modellər ortaya çıxmağa başlayıb və internet bu məsələdə daha həlledicidir.

Qeyd olunur ki, narkotik ticarəti Haitidə dəstə zorakılığını artırır, Ekvadorda ictimai asayişi təhdid edir, sintetik narkotiklərin Yaxın Şərqdə yayılması Suriyadan Livan və İraqa qədər Yaxın Şərqdə onsuz da mürəkkəb olan vəziyyəti daha da çətinləşdirir.

Dünyada narkotik probleminin sarsıdıcı olduğunu qeyd edən mütəxəssisin fikrincə, dünyada 300 milyon insanın narkotik istifadə etdiyi təxmin olunur. Onlardan 39 milyondan çoxu narkotik istifadəsi səbəbindən müxtəlif xəstəliklərdən əziyyət çəkir:

“Narkotik istifadəçilərinin müalicəyə çıxışı vacibdir, amma dünyada müalicəyə ehtiyacı olan narkomanlardan yalnız 5-dən birinin müalicəyə çıxışı var”.

Fermerlərə tiryək yetişdirməkdən başqa alternativlərin də təklif edilməsinin lazım olduğunu vurğulayan BMT nümayəndəsi bildirib ki, Əfqanıstanda tiryək əkilməsinin qadağan edilməsi səbəbiylə istehsal yüzdə 95 azalsa da, fermerlərə dolanışıqlarını təmin etmək üçün alternativlər təklif edilmir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}