Fransada ələ keçən 8659 əsər Türkiyəyə qaytarılacaq - Fotolar
Tarix: 14-03-2024 23:57 | Bölmə: Slayd
Fransada ələ keçən 8659 əsər Türkiyəyə qaytarılacaq

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Fransada ələ keçirilən 8 min 659 tarixi əsərin Türkiyəyə qaytarılacağını açıqlayıb.

Reyting.az
xəbər verir ki, nazir Ersoy bu prosesin 2019-cu ildən başladıldığını bildirib.

“Hər şey 2019-cu ildə Qaçaqmalçılıqla Mübarizə İdarəmizin bir auksion şirkətində satış üçün çoxlu sayda Anadolu mənşəli sikkə aşkar etməsi ilə başlanıb. Avstriyada başlanan istintaq Fransaya təhvil verilib. Fransa hüquq-mühafizə orqanları ölkəmizdən qeyri-qanuni olaraq xaricə aparılmış bu əsərləri bazara çıxaran şəxslərə qarşı hərtərəfli və nümunəvi istintaqa başlayıb”,- nazir qeyd edib.

Bu arada türk polisi tərəfindən həyata keçirilən və bütün dünyada böyük əks-səda doğuran Anadolu və Miras Əməliyyatı ilə bu əsərləri oğurlayan cinayətkar şəbəkənin türk dayağı çökdürülüb.

“Ümumdünya Gömrük Təşkilatı ölkələr arasında koordinasiyanı təmin etməklə informasiya axınını gücləndirib. Bütün bu səylər nəticəsində sikkələr və yazılar da daxil olmaqla 8659 əsər Fransa Gömrük və Kəşfiyyat İdarəsi tərəfindən ələ keçirilib. Fransa Gömrük və Kəşfiyyat İdarəsinə və Daxili İşlər Nazirliyimizin Təhlükəsizlik Baş İdarəsinin KOM sədrliyinə, həmçinin Bolqarıstan, Almaniya, Avstriya və Ümumdünya Gömrük Təşkilatına təşəkkür etmək istəyirəm”, - deyə nazir əlavə edib.





V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}