Rusiyaya qarşı yeni koalisiya yaradılıb
Tarix: 16-03-2024 01:18 | Bölmə: Slayd
Rusiyaya qarşı yeni koalisiya yaradılıb

Avropada Ukraynaya dəstək azalmayacaq və Avropa İttifaqı (Aİ) Kiyevə maliyyə yardımı üçün dondurulmuş Rusiya aktivlərindən istifadə edəcək.

Reyting.az
“Guardian”a istinadla bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Almaniya, Fransa və Polşanın Ukraynanı dəstəklədiyi, lakin bu ölkələrin Rusiya ilə müharibə etmədiyi aydındır”, - deyən Şolts əlavə edib ki, bu ölkələr dünya bazarında Ukrayna üçün daha çox silah alacaq və bu silahların həcmini artıracaqlar.

O, həmçinin uzaqmənzilli artilleriya üçün Ukrayna müttəfiqlərinin koalisiyasının yaradıldığını da elan edib.

“Le Monde” nəşri Almaniya kanslerindən sitat gətirib:

“Biz uzaqmənzilli artilleriya imkanlarından ibarət yeni koalisiya yaradırıq”.

E. Makron isə vurğulayıb ki, Ukraynanı dəstəkləməyə davam edəcəklər. O, “Ukraynada bütün Avropanın təhlükəsizliyi təhlükə altındadır”,- arqumentini təkrarlayıb.

Makron əlavə edib ki, Avropa birdir və Ukraynanı güclü şəkildə dəstəkləyir.

D. Tusk isə bu görüşü “Veymar üçbucağı üçün yaxşı yeni başlanğıc” adlandırıb və üçlüyün yayda yenidən Polşada görüşəcəyini deyib.

Xatırladaq ki, Veymar üçbucağı Almaniya, Fransa və Polşa arasında 1991-ci ildə Almaniyanın yenidən birləşməsindən sonra yaradılıb.

Onu da qeyd edək ki, 2024-cü il mart ayının əvvəlində Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ölkəsinin Rusiya Mərkəzi Bankının dondurulmuş bütün aktivlərini Ukraynaya borc verməyə hazır olduğunu deyib. O, bu fikrini Rusiyanın müharibə başa çatdıqdan sonra Kiyevə təzminat ödəməyə məcbur olacağı ilə əsaslandırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}