Yuxusuzluq kökəlməyə səbəb olur - Araşdırma
Tarix: 18-03-2024 16:28 | Bölmə: Slayd
Yuxusuzluq kökəlməyə səbəb olur

Normal yuxu ilə orqanizmin sağlam formasını qorumaq və qidalanma arasında sıx əlaqə var.

Reyting.az
xəbər verir ki, bunu yeni araşdırmalar göstərir.

Tədqiqatların nəticəsinə görə, yuxusuz qalmaq iştahın və şəkər istəyinin artmasına da səbəb olur. Bu halda insan özünü daha ac və yorğun hiss edir.

Yuxusuzluğun kökəlməyə səbəb olduğunu deyənlər arasında ingilis diyetoloq Amanda Hamilton da var. Mütəxəssis bildirib ki, yuxusuzluq iştah və toxluğun tənzimlənməsində məsul olan hormonlar -qrelin və leptin balansının pozulmasına səbəb olur. Bu hormonların balansının pozulmasının isə aclığın artmasına, toxluq hissinin azalmasına səbəb olduğunu bildirən Hamilton deyib ki, yuxusuz gecələrin qiyməti kökəlmədir. Mütəxəssis xəbərdarlığını belə davam etdirib:

“Sadə dillə desək, yaxşı yatmırsınızsa, ertəsi gün daha çox yemək və toxluq hiss etməmək ehtimalınız var. Yuxusuzluqdan əziyyət çəkənlərin problemlərindən biri də yorğunluq və aclıq hissidir. Gündə orta hesabla 7-8 saat yatmaq lazımdır”.

Sirkadiyalı ritmə, yəni bədən saatına görə yeməklər arasında ən az 8 saat vaxt ayrılması məsləhət görülür. “Gündüz bunu edə bilmirsinizsə, heç olmasa, gecələr mədənizin dincəlməsinə imkan verin”.

Mütəxəssislər qeyd edirlər ki, “axşam yatmazdan əvvəl özümüzü çox ac hiss ediriksə, qatıqlı meyvə, yağlı sıyıq kimi asan həzm olunan qidalarla aclığımızı qapamaq daha münasibdir”. Gecə saatlarında ağır qidaların qəbulu yuxu keyfiyyətini və mədəni pozmaqla yanaşı, bağırsaqlara da mənfi təsir edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}