Ukrayna ordusu geri çəkilir
Tarix: 18-03-2024 23:11 | Bölmə: Slayd
Ukrayna ordusu geri çəkilir

Donbassda Ukrayna Silahlı Qüvvələrinin sursatı tükənir və bu səbəbdən geri çəkilməyə məcbur olurlar.

Reyting.az
xəbər verir ki, bunu Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi deyib.

Kirbi qeyd edib ki, Donbassda Ukrayna ordusunun döyüş sursatı tükənib və indi ikinci və üçüncü müdafiə xəttinə çəkilirlər:

“İşğalçılar qərb istiqamətində basqılarını davam etdirirlər. Onların (ukraynalıların) dəstəyə ehtiyacı var və onlara dəstək indi lazımdır".

ABŞ Konqresində Ukraynaya yardım haqqında qanun layihəsinin nəzərdən keçirilməsini şərh edən Kirbi vurğulayıb ki, “indi vaxt əsasdır”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}